Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:56

Prokuror 10 nəfərə ömürlük cəza istədi


Təqsirləndirilənlərin məhkəməsi bu ilin iyununda başlamışdı
Təqsirləndirilənlərin məhkəməsi bu ilin iyununda başlamışdı

Dekabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsində prokuror Yusif Abdullayev dövlət ittihamını oxuyub.


Hacı Məmmədov, DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov, bu idarənin keçmiş şöbə rəisi Kamil Sədrəddinov və daha yeddi nəfərə ömürlük cəza istənilib. Təqsirləndirilən digər şəxslərin isə 15 ildən 2 ilə qədər azadlıqdan məhrum edilməsi məhkəmədən xahiş olunub.


Məhkəmə istintaqının yekunlaşmasıyla bağlı vəsatəti dövlət ittihamçısı Bəşir Cəfərov noyabrın 30-dakı prosesdə vermişdi. Təqsirləndirilən Zakir Nəsirovun vəkili Adil İsmayılov isə vəsatətə etiraz edib, bildirmişdi ki, ittihamçılar prosesi tez-tələsik sona çatdırmaq istəyirlər. Cənab İsmayılovun məhkəmə tərkibinə etiraz etməsiylə bağlı vəsatəti isə təmin olunmamışdı.


Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir. Təqsirləndirilənlərin məhkəməsi bu ilin iyununda başlamışdı.


XS
SM
MD
LG