Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:37

Putin: 'Danışıqlarda bir az irəliləyiş var…bu barədə sonra deyərəm…'


ABŞ kəşfiyyatı bildirir ki, Rusiya Ukraynada gözləmədiyi qızğın müqavimətlə üzləşib, amma davranışında dəyişiklik görünmür

Vladimir Putin fevralın 11-də deyib ki, Moskva və Kiyev arasında aparılan danışıqlarda müəyyən irəliləyiş var.

Reuters yazır ki, buna baxmayaraq Kreml münaqişənin yalnız Qərb Moskvanın narahatlıqlarını nəzərə alanda dayanacaqğını bildirib.

Kremldə Belarus başçısı Alyaksandr Lukaşenka ilə görüşündə Putin israr edib ki, Qərb sanksiyaları Rusiyanın inkişafını əngəlləyə bilməyəcək və Rusiya bu sanksiyalardan daha güclü çıxacaq.

Putin deyib ki, Kiyevlə dialoq hər gün aparılır:

“Bizim danışıqçılar mənə deyirlər ki, müəyyən pozitiv dəyişiklik var. Mən bu barədə sonra danışacağam”.

Lukaşenka: “Biz sovet nəslindənik”

Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey LavrovDmitro Kuleba arasında Antalyada martın 10-da keçirilən danışıqlarda heç bir nəticə əldə olunmadığı deyilmişdi.

ABŞ kəşfiyyatı bildirir ki, Rusiya Ukraynada gözləmədiyi qızğın müqavimətlə üzləşib, amma davranışında dəyişiklik görünmür.

Lukaşenka Putinə deyib ki, onlar sanksiyalardan çıxmış “sovet məslindəndirlər” və Sovet İttifaqı yaxşı inkişaf edirdi.

Putin bildirib:

"Düz deyirsən. Sovet İttifaqı daim sanksiyalar altında yaşayıb, amma inkişaf edib və nəhəng nailiyyətləri olub”.

Zelenski Rusiya ilə savaşda dönüş nöqtəsi yarandığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Peskov köhnə tələblərdən danışır

Martın 11-də Putinin sözçüsü Dmitri Peskov deyib ki, münaqişə Rusiyanın Qərbdən təkrar-təkrar etdiyi tələblər təmin olunanda dayanacaq.

O xatırladıb ki, söhbət Donbasda “dinc mülkilərin” öldürülməsindən və NATO-nun şərqə genişlənməməsindən gedir:

"Biz bu iki məsələnin həllini tapmalıyıq. Rusiya bu məsələlərin həlli üçün Kiyevə konkret tələblər qoyub”.

O əlavə edib ki, Ukraynanın hazırda Moskvanın tələbləri ilə bağlı ABŞ və Avropa İttifaqı ilə məsləhətləşmələr apardığına inanır:

"Ümid edək ki, bu baş verəcək və bütün bunlar bitəcək”.

Ukrayna bildirir ki, hazırda öz varlığı uğrunda döyüşür. Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanın hücumunu pisləyir. Çin təmkinə çağırır.

XS
SM
MD
LG