Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:31

Bayden: Rusiya kimyəvi silaha əl atsa, NATO reaksiya verəcək


Bayden deyib ki, “NATO-nun kimyəvi silahdan istifadəyə reaksiyasının təbiəti bu silahdan istifadənin təbiətindən asılı olacaq”

NATO-ya daxil ölkələrin liderləri martın 24-də təşkilatın Brüsseldə keçirilən sammitində alyansın şərq cinahını, Mərkəzi və Şərqi Avropadakı üzv ölkələrin təhlükəsizliyini möhkəmləndirmək barədə razılığa gəliblər.

Liderlər bildiriblər ki, Rusiyanın Ukraynaya davam edən təcavüzkar müdaxiləsi ciddi təhlükəsizlik addımlarının atılmasını tələb edir.

NATO bildirib ki, məhz bununla əlaqədar alyans Rumıniyada, Bolqarıstanda, Macarıstan və Slovakiyada yeni döyüş birləşmələri yerləşdirəcək.

NATO-nun baş katibi Yens Stoltenberq sammitdən sonra keçirilən mətbuat konfransında deyib ki, alyans Ukranaya silah və hərbi avadanlığın verilməsi ilə Kiyevə dəstəyini davam etdirəcək.

Baş katib habelə Rusiyaya onun kimyəvi və ya hər hansı başqa kütləvi qırğın silahından mümkün istifadəsi ilə bağlı xəbərdarlıq edib.

Stoltenberq detalları açıqlamayıb

Stoltenberq bununla yanaşı qeyd edib ki, alyans hələ də eskalasiyanın bundan sonra güclənməsinə qarşıdır, amma münaqişəyə birbaşa müdaxilə etmək və ya Ukrayna üzərində uçuşsuz zona yaratmaq niyyətində deyil.

O vurğulayıb ki, bu tədbirlərin keçirilməsi NATO və Rusiyanı birbaşa toqquşmaya gətirib çıxarardı.

Bundan əvvəl Polşa Ukraynaya sülhməramlı missiyanın göndərilməsini təklif etmişdi. Bu təklif sammitdə fəal şəkildə müzakirə olunmayıb.

“Ukrayna NATO-dan prezident Volodimir Zelenskinin istədiyi silahları ala biləcəkmi” sualına cavabında Stoltenberq hazırkı mərhələdə detalları açıqlamayacağını deyib.

NATO ölkələrinin liderləri Ukraynaya görə toplaşdı
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Putinin “strateji səhvi”

NATO liderlərinin birgə bəyanatında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının dayandırılması və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması tələb olunur.

Bəyanatda deyilir:

"Ukraynalılar Rusiya tərəfindən başlanan qəsbkar və qəddar müharibədə göstərdikləri müqavimətlə bütün dünyanı heyran qoyublar”.

Bəyanatda Rusiyanın Ukrayna ərazisində potensial baxımdan hərbi cinayətlər törətməsi də qeyd olunur:

"Prezident Putinin Ukraynaya hücum etmək qərarı Rusiyanın özü və xalqı üçün ciddi nəticələri olacaq strateji səhvdir”.

“NATO heç vaxt bu qədər həmrəy olmayıb”

ABŞ prezidenti Co Bayden deyib ki, Putin Rusiyanın Ukraynaya səbəbsiz müdaxiləsinə Qərbin qətiyyətli reaksiyasını düzgün proqnozlaşdıra bilməyib və Qərbin sanksiyalar və Ukraynanın silahlandırılması məsələsində bu qədər həmrəy ola biləcəyini düşünməyib.

NATO sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ prezidenti deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsi NATO, Avropa İttifaqı və G7 qrupu daxilində daha sıx birliyə səbəb olub:

"NATO heç vaxt, heç bir zaman indiki qədər həmrəy olmayıb. Putin Ukraynaya müdaxilə ilə əldə etmək niyyətində olduğununun tam əksi ilə üzləşib”.

Rusiya kimyəvi silaha əl atarsa...

NATO ölkələri Rusiya iqtisadiyyatı və zəifləmiş rubl üzərinə ağır sanksiyalar qoyublar. Bununla belə Avropa İttifaqı indiki mərhələdə Rusiya neftindən və qazından imtina edə bilməyib.

ABŞ və Britaniya Rusiyadan enerji idxalını tamamilə qadağan ediblər.

Bayden Rusiya Ukraynada kimyəvi silah işlədərsə NATO-nun buna reaksiya verəcəyini deyib.

Bayden deyib ki, “NATO-nun kimyəvi silahdan istifadəyə reaksiyasının təbiəti bu silahdan istifadənin təbiətindən asılı olacaq”.

O əlavə edib ki, onun fikrincə, Rusiya G20 qrupundan xaric edilməlidir. Prezident bildirib ki, əgər İndoneziya və başqa üzv ölkələr Rusiyanın kənarlaşdırılması ilə razılaşmasalar, onda Ukraynanın da bu qrupda iştirakına imkan yaradılmalıdır.

XS
SM
MD
LG