Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:51

Rusiya kimlərə 'həmvətən' demək istəyir


Vladimir Putin
Vladimir Putin

“Həmvətən” anlayışı xaricdəki həmvətənlərə dəstək qanunu üçün dəqiqləşdirilir

Rusiya Dövlət Dumasına təklif edilmiş qanun layihəsində yalnız rus dilini bilənləri “həmvətən” kimi tanımaq təklif olunur.

Rusiya ilə əlaqəni seçənlər...

Qanun layihəsini Dumanın MDB ilə işlər, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin hazırlayıb.

Aydınlaşdırıcı sənədlərdə qeyd olunur ki, “qanun layihəsi ‘həmvətən’ anlayışının əsaslandırılmamış geniş təfsirindəki çatışmazlıqları aradan qaldırır”. Özəlliklə təklif olunur ki, yalnız Rusiya xaricində yaşayaraq rus dilini bilən, tarixən Rusiya ərazisində yaşayan xalqlara aid olan şəxslər və onların nəslindən olanlar “həmvətən” hesab olunsunlar. Eləcə də Rusiya ilə “dini, mədəni və hüquqi əlaqələri xeyrinə azad seçim edənlər”, qohumları birbaşa Rusiya Federasiyasında doğulanlar, yaxud yaşayanlar bu ada layiq görülsünlər.

Rus dili kriteriyası

“Həmvətən” anlayışı xaricdəki həmvətənlərə dəstək qanunu üçün dəqiqləşdirilir. “Current Time” qeyd edir ki, bu qanun hansısa xüsusi hüquq və öhdəliklər deyil, yalnız Rusiyada yaşamayan rusiyalılar və keçmiş SSRİ-dən çıxanlarla bağlı siyasəti müəyyənləşdirir.

İndiki qanunvericilikdə həm Rusiya vətəndaşları, həm xaricdə yaşayanlar, həm keçmiş sovet respublikalarından çıxanlar və onların övladları “həmvətən” hesab edilir. İndi isə onlar üçün rus dili vacib kriteriya kimi qoyulur.

Qanuna həmçinin “dövləti formalaşdıran xalq” (ruslar) və “dövləti formalaşdıran xalqla bağlı Belarus və Ukrayna xalqlarının təmsilçiləri” anlayışının salınması təklif edilir.

“Dövləti formalaşdıran xalq” anlayışı konstitusiyaya düzəlişlərin müzakirəsi zamanı milli respublikaların təmsilçilərinin tənqidinə səbəb olub və sonucda qəbul edilməyib.

XS
SM
MD
LG