Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:44

Rusiyadan Google şirkətinə 'saxta xəbər' ittihamı


İllüstrativ foto
İllüstrativ foto

Artıq axtarış sistemlərində Google “Rusiya qanunvericiliyi pozucusu” kimi qeyd olunacaq

Rusiyanın media tənzimləyici orqanı Roskomnadzor Google şirkətini Rusiya qanunvericiliyini pozmaqda ittiham edib, ona qarşı cəza tədbirləri, şirkətə və informasiya resurslarına reklam qadağası qoyacağını bildirib.

Roskomnadzor aprelin 7-də bəyanatında bildirib ki, Google-un YouTube videopaylaşım şəbəkəsi Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalı haqda “feyk xəbərlərin yayıldığı əsas platformalardan birinə çevrilib”. Rusiya bu müharibəyə “xüsusi hərbi əməliyyat” deyir.

Artıq axtarış sistemlərində Google “Rusiya qanunvericiliyi pozucusu” kimi qeyd olunacaq. Eləcə də şirkətin Rusiya ərazisində özünü və resurslarını reklam etməsi yasaqlanır.

Tədbirlər qüvvədə qalacaq

Bəyanatda deyilir ki, YouTube-dakı bəzi materiallar “Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salır” və Google-a qarşı tədbirlər o qanunvericiliyə əməl edənəcən qüvvədə qalacaq.

Google hələlik, məsələni şərh etməyib.

Roskomnadzor ötən ay Google-dan tələb edib ki, “Rusiya vətəndaşlarını təhdid edən” videoları YouTube platformasından yığışdırılsın.

Qadağalar

Rusiya fevralın 24-də Ukraynanın işğalına başlayandan bir neçə gün sonra Roskomnadzor ölkədəki mediaya göstəriş verib ki, Ukrayna müharibəsi haqda yalnız rəsmi mənbələrin məlumatı yayılsın. Qurum Ukraynaya hücumu işğal, yaxud müharibə adlandırmağı qadağan edib.

Martın 4-də Roskomnadzor Facebook sosial şəbəkəsini bloklayıb, dünyanın ən böyük sosial media platformasının RT, RIA Novosti və Sputnik kimi media və informasiya resurslarına qarşı ayrıseçkilik etdiyini bildirib.

Bir gün sonra Prezident Vladimir Putinin imzaladığı qanunda isə Rusiya ordusu haqda “bilərəkdən saxta informasiya” yaymağa görə 15 ilədək həbs nəzərdə tutulub.

Bir sıra aparıcı beynəlxalq media orqanları, o cümlədən AzadlıqRadiosu –nun vebsaytı Rusiyada bloklanıb.

XS
SM
MD
LG