Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:58

Lavrov nüvə silahından və Üçüncü Dünya müharibəsindən danışır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın dövlət telekanalına müsahibəsinbdə deyib ki, hazırda nüvə müharibəsi təhlükəsi xeyli çoxdur və bu təhlükəni lazımınca qiymətləndirməmək olmaz.

O qeyd edib ki, Moskvanın prinsipial mövqeyi nüvə müharibəsinin yolverilməzliyidir:

"Bu, bizim prinsipial mövqeyimizdir. Biz bundan çıxış edirik. Mən heç istəməzdim ki, sizin çox hörmətli politoloqlara istinadən haqqında danışdığınız bu təhlükə süni şəkildə qızışdırılsın. Bunu arzu edənlər çoxdur. Təhlükə ciddidir, realdır və onu qiymətləndirməmək olmaz”.

Müsahibə Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı Ukrayna müharibəsinə həsr edilmişdi.

Rusiya XİN-in başçısı bildirib ki, Qərb ölkələri Ukraynanı silahla təchiz etməklə əslində Rusiyaya qarşı “proksi müharibə” aparırlar.

Ukrayna Rusiyanın Mariupoldan humanitar dəhliz açdığını təkzib edir

Ukrayna aprelin 25-də guya Rusiya tərəfi ilə Mariupol şəhərindəki Azovstal zavodundan mülkilərin evakuasiya olunmasına dair razılaşma əldə olunduğu barədə Moksvanın bəyanatını təkzib edib.

Kiyev bildirib ki, Mariupoldan mülkilər üçün hər hansı dəhlizin açılmasının təşəbbüskarı və qarantı yalnız BMT olmalıdır.

Rusiya bundan əvvəl bildirmişdi ki, Azovstalda qalan dinc əhalinin oradan çıxması üçün dəhliz açacaq.

Reuters agentliyi bildirir ki, Ukrayna baş nazirinin müavini İrina Vereşşuk bu barədə Telegramda yazıb:

"Bugün Rusiya bir daha Azovstaldan mülkilərin çıxması üçün dəhlizin olduğunu bəyan edib. Buna inanmaq olardı, əgər Rusiya bundan əvvəl dəfələrlə humanitar dəhlizləri dağıtmasaydı… Başa düşmək mühümdür ki, humanitar dəhlizlər hər iki tərəfin razılığı əsasında açılır. Birtərəfli elan edilmiş dəhliz təhlükəsizliyi təmin etmir, məhz buna görə də humanitar dəhliz sayıla bilməz”.

Rusiya Azovstala hücumu davam etdirir

Xanım Vereşşukun bəyanatından az sonra Ukrayna prezidenti Volodimir Zelenskinin müşavirlərindən biri Rusiyanın Azovstala səmadan və yerdən hücuma keçdiyini deyib.

Oleksiy Arestoviç deyib ki, Rusiya prezidenti Putinin ötən həftə Azovstala hücumu dayandırmaq əmri verməsinə rəğmən Rusiyanın hücum qrupları zavoda həmlələr etməyə cəhd göstərir.

Vereşşuk isə bildirib ki, Mariupoldan hər hansı humanitar dəhliz yalnız BMT-nin təşkilatçılığı ilə açılmalıdır.

O, BMT-nin baş katibi Antonio Quterrişi Azovstaldakı mülkilər üçün dəhliz açılması məqsədi ilə təşəbbüsçü və qarant olmağa çağırıb.

Vereşşuk deyib ki, hər hansı humanitar dəhlizin açılmasında BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri iştirak etməlidirlər.

Quterrişin bu həftə Rusiya və Ukraynada danışıqlar aparacağı gözlənilir.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sözü gedən danışıqlarda Mariupol və Azovstalda humanitar dəhlizin açılması məsələsi müzakirə olunacaq.

Mariupolun son ukraynalı müdafiəçiləri iki aydır ki, mühasirədə olan Mariupolun bu zavodunda istehkam qurublar və təslim olmurlar.

Blinken: Rusiya Ukraynada iflasa uğrayır, Ukrayna isə uğur qazanır
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Rusiya humanitar dəhliz vəd edir

Rusiya mühasirədə olan Mariupol şəhərindən dinc sakinlərin çıxması üçün humanitar dəhliz açmağı vəd edir. Rusiyanın Müdafiə Nazirliyi aprelin 25-də bildirib ki, Mariupoldakı Azovstal polad zavodundan dinc sakinlərin evakuasiya olunmasından ötrü humanitar dəhliz açacaq.

Dəhlizin bu gün Ukrayna vaxtıyla günorta 2-də açılacağı vəd olunmuşdu.

Ancaq Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin Azovstal ərazisində Ukrayna mövqelərinə raket və bomba zərbələri endirdiyini bildirib.

Azovstal kompleksi strateji Mariupolda Ukrayna müqavimətinin sonuncu istehkamına çevrilib. Ukrayna rəsmiləri yeraltı tunellərdə minədək dinc sakinin qaldığını deyirlər. Daha öncəki evakuasiya cəhdləri alınmayıb.

Ukraynanın dəmiryolu xidməti aprelin 25-də ölkənin mərkəzi və qərb hissələrində beş stansiyaya raket zərbələri endirildiyini bildirib. Dəmiryolu xidmətinin rəisi Oleksandt Kamışin Rusiya əsgərlərinin dəmiryolu infrastrukturunu sistematik dağıtdığını deyir.

***

Aprelin 25-də Rusiyanın Ukraynanın mərkəzi Vinnitsya vilayətində iki şəhərə raket zərbələri endirib, ölən və yaralıların dəqiq sayı bəlli deyil. Məlumatı vilayət qubernatoru Sergey Borzov verib.

Borzov Telegram mesajlaşma tətbiqində videomüraciətində deyir ki, “düşmən vacib infrastrukturu vurmağa çalışır”. Rusiya isə onun dediklərini şərh etməyib.

Neft çənlərində yanğın

Ukraynanın şimalında, Rusiya ilə sərhəddə isə aprelin 25-də neft obyektində yanğın başlayıb. Neft çənlərində yanğının səbəbi aydın deyil.

NASA-nın yanğınları izləyən peykləri Ukrayna sərhədindən 110 km şimalda Rosneft-in obyektinə uyğun gələn koordinatlarda yanğın qeydə alıb. Moskva daha öncə Ukrayna ilə həmsərhəd Bryansk vilayətində hücumlara görə Ukraynanı suçlayıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı Kremençuk neft emalı zavodunu uzaq mənzilli raketlərlə, Ukraynada hərbi obyektləri vurduğunu bildirib.

“Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirirlər”, – nazirlik bildirir.

Ancaq Rusiyanın bəyanatını müstəqil təsdiqlətmək mümkün olmayıb. Ukraynanın Poltava vilayətinin qubernatoru Dnepr çayı sahilindəki Kremençuk emal zavodunun bu ayın əvvəlində dağıdıldığını bildirib.

***

ABŞ Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər zamanı bu ölkəyə əlavə olaraq 700 milyon dollardan artıq birbaşa və dolayısı ilə hərbi yardım vəd ediblər. Bu pulun yarısı Ukraynaya gedəcək, qalanı NATO üzvləri və regiondakı digər müttəfiqlər arasında bölünəcək.

Bundan başqa Vaşinqton Kiyevə 165 milyon dollarlıq sursat satacaq.

ABŞ-ın iki yüksək rütbəli rəsmisinin səfəri onlar Ukrayna ərazisini tərk edəndən sonra təsdiqlənib.

Blinken səfərdən sonra deyib ki, Rusiya müharibədəki hədəflərinə çatmır, “Ukrayna isə müvəffəq olur”.

Prezident Co Bayden ötən il hakimiyyətə gələndən Birləşmiş Ştatlar Ukraynaya 4 milyard dollarlıq hərbi yardım verib. Ötən həftə isə 800 milyon dollarlıq yeni yardım paketi açıqlanıb.

Polşa-Ukrayna sərhədi yaxınlığında jurnalistlərə danışan Blinken deyib ki, Ostinlə birlikdə Polşadan Ukraynaya qatarla gedib.

Ostin Kiyevə səfəri “çox məhsuldar, məşğul” adlandırıb.

BMT-nin Baş katibi Antonio Quterres aprelin 25-də Türkiyəyə, daha sonra Moskvaya və Kiyevə səfər edəcək. Zelenski Quterresin Ukraynadan öncə Rusiyaya səfər etməsini “səhv” adlandırıb.

***

Moskva hərbi hədəfini Ukraynanın şərqinə yönəldəndən kiçik irəliləyişlər əldə edib. Britaniyanın Müdafiə Nazirliyi aprelin 25-də yaydığı hərbi bülletendə belə deyir.

“Rusiya Donbası tam işğal etməyə fokuslanandan bəri kiçik irəliləyişlər əldə edib. Yerində yetərincə logistik və döyüş dəstəyi olmadığından Rusiya əhəmiyyətli dərəcədə irəliləməyib”, – qurum bildirir.

“Ukraynanı Mariuoldakı müdafiəsi isə Rusiya bölmələrinin çoxunu tükəndirib, onların döyüş effektini azaldıb”, – bülletendə vurğulanır.

Blinken və Ostin Kiyevdə

ABŞ-ın Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin isə Kiyevə səfər ediblər. Rusiya isğalına qarşı daha çox silah istəyən Prezident Volodimir Zelenski onlarla görüşüb.

Rusiya rəsmisi: Moldova ilə quru əlaqəsi yaratmaq strateji məqsəddir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Moskva fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan ABŞ ilk dəfədir bu ölkəyə ən yüksək rütbəli rəsmilərini göndərir. Avropa liderlərindən Britaniyanın Baş naziri Boris Conson, Polşa, Litva, Latviya və Estoniya prezidentləri müharibə dönəmində Kiyevdə olublar.

Vaşinqtonda yerləşən RAND Corp mərkəzinin təhlilçi Bil Kurtney AzadlıqRadiosu-na deyib ki, bu səfər Bayden administrasiyasının “Zelenskiyə və Ukraynaya şəxsi dəstəyini göstərir”, eyni zamanda “Kiyevin xarici liderlər üçün kifayət qədər təhlükəsiz olmasına inam yaradır”.

Ağır artilleriya

Müharibənin ilk günlərində Kiyevi tutmağa çalışan Rusiya qüvvələri paytaxtı atəş altında saxlayıb, yüzminlərlə insan şəhərdən qaçmalı olub. Amma sərt müqavimətlə üzləşən Rusiya geri çəkilib.

Hazırda Kreml Ukraynanın şərqi Donbas regionunu tam tutmağa çalışır. 2014-cü ildə Krımı ilhaq edən Rusiya Donbasdakı separatçıları dəstəkləməyə başlayıb.

Ukrayna müharibənin böyük çöllərdə baş verəcək yeni fazası üçün Qərbdən ağır artilleriya istəyib.

Sülh danışıqlarından əl çəkən Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisindən mümkün qədər çox tutmağa çalışır. “Financial Times” bunu Rusiya prezidenti ilə söhbətlərdən xəbərdar üç nəfərə istinadla aprelin 24-də yazıb.

Putin münaqişəyə son qoyulmasına çalışan şəxslərə deyib ki, həll perspektivləri görmür, qəzet yazıb.

XS
SM
MD
LG