Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:33

Rövşən Əsgərov axtarışa verilib


Rövşən Əsgərov
Rövşən Əsgərov

O Rusiya sərkərdəsi, Sovet İttifaqı marşalı Jukovu təhqir etməkdə ittiham olunur

Rusiyanın Daxili İşlər nazirliyi “Nə, nə vaxt, harda” teleşousunun iştirakçısı Rövşən Əsgərov barəsində axtarış elan edib.

Daha öncə Rusiyanın İstintaq Komitəsi Əsgərova qarşı nasizmə haqa qazandırılması maddəsi üzrə cinayət işi açmışdı.

***

Rusiyanın İstintaq Komitəsi “Nə, nə vaxt, harda” teleşousunun keçmiş iştirakçısı və “Bilicilər klubu”nun üzvü, azərbaycanlı jurnalist Rövşən Əsgərova qarşı nasizmə haqq qazandırılması ittihamı üzrə cinayət işi açıb.

İstintaqın versiyasına görə Əsgərov bu il aprelin 6-dan gec olmayaraq özünün Facebook səhifəsində “böyük Rusiya sərkərdəsi və vətənin müdafiəçisi, Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar yayıb”.

İK-nin rəsmi məlumatında deyilir:

"İstintaq komitəsi vətən müdafiəçilərinin işıqlı xatirəsini ləkələməyə və alçaltmağa yönəlmiş istənilən cəhdlərin qarşısını, belə cinayətlərlə əlaqəsi olanların status və sosial vəziyyətinə baxmayaraq, prinsipiallıq və sərtliklə alacaq”.

Ukraynanın Xerson şəhərində sakinlər Rusiya ordusuna qarşı çıxıb
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

5 il iş düşür

Abzas saytı xəbər verir ki, cinayət işi Dövlət Tarix Muzeyinin şikayəti əsasında qaldırılıb.

Əsgərovun hərəkətlərinə “prosessual qiymət verilməsini” İK-nin başçısı Aleksandr Bastrıkin əmr edib.

Abzas saytının yazdığına görə Əsgərov Facebook postunda Jukovu “stajlı soyğunçu”, “poqonlu qatil” və “xırda oğru” adlandırıb.

Rusiya CM-nin 354.1 maddəsi bu yaxınlarda sərtləşdirilib və indi bu ittihamla 5 il müddətinə azadlıqdan məhrum edilmək mümkündür.

Fontanka.ru saytı yazır ki, RT dövlət telekanalının baş redaktoru Marqarita Simonyan Əsgərova qarşı cinayət işi açılmasından məmnunluğunu bildirib:

“İllərlə Rusiya tarixini, ordusunu və şərəfini lağa qoyan rusofob və şovinist Rövşən Əsgərova qarşı nəhayət ki, cinayət işi açıldı”.

Hazırda xaricdə olan Əsgərov Rusiyaya qayıtmaq niyyətində olmadığını bildirib.

49 yaşlı Rövşən Əsgərov Baku jurnalının piar-direktorudur.

Ziddiyyətli sərkərdə

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Jukov 1947-ci ildə sovet xüsusi xidmətləri tərəfindən həqiqətən də “soyğunçuluqda” ittiham olunub.

O iddia edirdi ki, sahibi olduğu əmlakın bir hissəsi ona vərəsəlik payı kimi çatıb, qalanını isə öz pulu ilə alıb.

Bu da qeyd olunur ki, Jukova qarşı bu ittiham onun quru qoşunları baş komandanı vəzifəsindən istefaya göndərilməsi və ona yaxın generalların repressiya edilməsi üçün irəli sürülmüşdü.

Ötən noyabrda Roskomnadzor AzadlıqRadiosu Rus xidmətinin Jukov barədə məqaləsinə görə protokol tərtib etmişdi.

Bu məqalədə deyilirdi ki, Jukovun imzaladığı sənədlərdən birində II Dünya müharibəsinin Leninqrad cəbhəsində düşmənə əsir düşənlərin ailə üzvlərinin güllələnəcəyi bildirilirdi.

XS
SM
MD
LG