Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

FSB Duqinanı ukraynalının öldürdüyünü deyir


Darya Duqina
Darya Duqina

Prezident Vladimir Putin bəzən Duqinin ekspansionist dilini və baxışlarını dilə gətirib. Ona “Putinin beyini” də deyirlər

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Kremlin ideoloqu Aleksandr Duqinin qızının öldürülməsində Ukraynanın gizli xidmətini ittiham edib. Duqin Moskvanın Ukraynaya hücumunun əsas memarlarından sayılır.

Kiyev Darya Duqinanın ölümündə əli olmadığını bildirir. Duqina avqustun 20-də Moskva vilayətində idarə etdiyi avtomobilin partlaması nəticəsində həlak olub.

FSB avqustun 22-də yaydığı bəyanatda bildirir ki, cinayəti “törədən” ukraynalı dərhal Estoniyaya keçib. Ancaq qurum iddianı əsaslandıracaq dəlil göstərməyib.

Kiyev qətiyyətlə təkzib edir

Rəsmi TASS dövlət xəbər agentliyi isə hüquq-mühafizə orqanında adı çəkilməyən mənbəyə istinadla bombanın məsafədən işə salındığını xəbər verir.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Kiyevin Daryanın ölümünün arxasında olması haqda bəyanatı dərhal təkzib edib. O, avqustun 22-də tvitində yazıb ki, Ukraynanı bu insidentə görə günahlandırmak cəhdləri “faydasızdır”.

Rusiyanın İstintaq Komitəsi qətl üzrə cinayət işi açdığını bildirib.

Duqin və jurnalist, siyasi təhlilçi kimi təqdim olunan qızı Moskva yaxınlığında festivala gediblərmiş. Duqin son anda başqa maşına əyləşib.

“Putinin beyini”

İfrat sağçı Duqin Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalının memarı, “mənəvi bələdçisi” adlandırılır. O, uzun müddət Ukraynanın Rusiyanın tərkibinə keçirilməsinə çağırıb. Duqin həmçinin Rusiyanın neo-avrasiyaçılıq hərəkatının əsas ideoloqlarındandır. Siyasi təhlilçilər bu hərəkatı faşist sayır, Rusiyanın beynəlxalq aləmdə yerinə dair aşırı ifrat sağçı mövqedə olduğunu, nasizmi xatırlatdığını deyirlər.

Prezident Vladimir Putin bəzən Duqinin ekspansionist dilini və baxışlarını dilə gətirib. Ona “Putinin beyini” də deyirlər.

Duqin və qızı Ukraynaya qarşı müharibəni açıq dəstəkləyiblər.

Hər ikisi qərbin sanksiyalarına məruz qalıb.

XS
SM
MD
LG