Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:39

Səudiyyə Ukraynada əsir düşən əcnəbiləri buraxdırıb


Britaniyalılar Eyden Eslin (solda), Şon Pinner və mərakeşli Brahim Saadun "DXR" məhkəməsində
Britaniyalılar Eyden Eslin (solda), Şon Pinner və mərakeşli Brahim Saadun "DXR" məhkəməsində

Xəbər verilir ki, azad olunanlar Amerika, Britaniya, Xorvatiya, Mərakeş və İsveç vətəndaşlarıdır

Rusiya Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın vasitəçiliyi ilə sentyabrın 21-də Ukraynada əsir düşmüş 10 əcnəbini azad edib.

Bu barədə xəbəri Səudiyyənin Xarici İşlər Nazirliyinə istinadən Reuters agentliyi yayıb.

Xəbər verilir ki, azad olunanlar Amerika, Britaniya, Xorvatiya, Mərakeş və İsveç vətəndaşlarıdır.

Nazirliyin məlumatında deyilir ki, Səudiyyə krallığı artıq sözü gedən şəxslərin onların ölkələrinə transferini həyata keçirir.

Nazirlik əcnəbilərin kimliyini açıqlamayıb. Səudiyyə rəsmilərindən biri deyib ki, söhbət 5 britaniyalıdan, iki amerikalıdan, xorvatiyalıdan, mərakeşlidən və isveçlidən gedir.

Edamdan qurtaranlar

Britaniyanın baş naziri Liz Trass Twitter-də yazdığı postda həmvətənlərinin azad olunmasını alqışlayıb.

Britaniya millət vəkillərindən Robert Cenrik deyib ki, azad olunanların arasında Eyden Eslin (Aiden Aslin) də var.

O bu ilin əvvəllərində qondarma Donetsk Xalq Respublikasında əsir düşmüş və separatçıların məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilmişdi.

Rusiya həmçinin amerikalılar – 39 yaşlı Aleksander Drueki və 27 yaşlı Endi Hunu azad edib.

Alabamadan olan amerikalılar Ukrayna qoşunlarına dəstək verərkən iyun ayında əsir düşmüşdülər.

Reuters yazır ki, britaniyalı Şon Pinnerin və Mərakeş doğumlu Brahim Saadunun azad olunub-olunmadığını dəqiqləşdirə bilməyib.

Onları da işğal olunmuş Donetskdə edam cəzasına məhkum etmişdilər.

Şahzadə Məhəmməd Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərə malikdir.

XS
SM
MD
LG