Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:49

Drujba kəmərində sızma aşkarlanıb


Arxiv fotosu
Arxiv fotosu

Moskva fevralın sonunda Ukraynaya hücuma başlayandan Avropa kəskin enerji böhranıyla üzləşib, bir çox ölkələrə qaz tədarükü kəsilib

Rusiyanı Almaniya ilə birləşdirən Drujba neft kəmərində sızma aşkarlanıb. Rəsmilər sabotaj şübhəsi olmadığını deyirlər.

Kəmərin sızma aşkarlanan Polşa seqmentinin operatoru PERN oktyabrın 12-də bildirib ki, neft kəməri qismən bağlanıb.

Mərkəzi Bankın yeni binasını kim tikir?
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

“Hazırda insidentin səbəbi bəlli deyil. Həmin hissəyə neftin vurulması dərhal dayandırılıb. Kəmərin ikinci xətti normal işləyir”, – deyə PERN sızmanın oktyabrın 11-də aşkarlandığını bildirib.

Bu insident Avropanın enerji təchizatıyla bağlı narahatlıqlar fonunda baş verir. Bu yaxınlarda Baltik dənizindəki Şimal axını qaz kəmərlərində sızmalar baş verib, Qərb və Rusiya bunu sabotaj adlandırıb.

72 yaşlı bloqqer: 'Bildiklərimi başqalarına öyrətmək istəyirəm'
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Moskva fevralın sonunda Ukraynaya hücuma başlayandan Avropa kəskin enerji böhranıyla üzləşib, bir çox ölkələrə qaz tədarükü kəsilib.

Polşanın enerji infrastrukturuna cavabdeh rəsmisi Mateuş Berqer “Reuters”ə deyib ki, sızmaya sabotajın səbəb olduğunu deməyə əsas yoxdur.

“Burada təsadüfi ziyandan danışa bilərik”, – o deyib.

“Drujba” dünyada ən böyük kəmərlərdən biridir. Bu kəmərlə Rusiya nefti əsasən mərkəzi Avropaya, o cümlədən Almaniya, Polşa, Belarus, Macarıstan, Slovakiya, Çex respublikası və Avstriyaya nəql olunur.

XS
SM
MD
LG