Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:43

Avropa Parlamentindən Azərbaycana insan haqları, demokratiya şərti


Gürcüstan və Ermənistan Azərbaycandan öndə
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Gürcüstan və Ermənistan Azərbaycandan öndə

Bu gün – oktyabrın 25-də Avropa Parlamentinin Xarici Əlaqələr komitəsində Avropa İttifaqının (Aİ) Azərbaycanla münasibətlərinə dair hesabat müzakirəyə çıxarılır. Hüququ öhdəliklər qoymayan hesabatı məruzəçi Zeljana Zovko hazırlayıb.

Sənəddə qeyd olunur ki, Sovet İttifaqı dağılandan sonra Ermənistanla Azərbaycan arasında münaqişə onminlərlə insan itkisinə, nəhəng dağıntılara, yüzminlərlə insanın köçkünə çevrilməsinə səbəb olub. İkitərəfli, ölümlə nəticələnən qarşıdurmalar periodik baş qaldırır.

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Aİ ilə danışıqlar dörd ildir gedir

Avropa Parlamenti Cənubi Qafqazın təhlükəsiz, sabit, dinc və çiçəklənən bir region kimi görmək istədiyini vurğulayır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel görüşlərinin ümidverici nəticələri olduğunu bildirir.

Sənəddə Azərbaycanın Aİ-yə etibarlı karbohidrogen xammalı təchizatçısı kimi rolunun əhəmiyyətinin getdikcə artdığı vurğulanır.

Eyni zamanda Aİ ilə Azərbaycan arasında yeni Tərəfdaşlıq Razılaşması üzrə danışıqların 2017-ci ildən bəri davam etdiyi, Azərbaycanın insan haqları və fundamental azadlıqlar üzrə göstəricilərinin hələ də qənaətbəxş olmadığı qeyd edilir.

Davamlı sülh

Qurum hesab edir ki, Ermənistanla Azərbaycan arasında davamlı sülh hərbi yolla əldə edilə bilməz, bundan ötrü beynəlxalq hüquqa uyğun olaraq hərtərəfli siyasi həll lazımdır. Qurum bu il 12 sentyabr sərhəd toqquşmalarını, onların sülh prosesinə təsirini qəti şəkildə pisləyir. Qeyd edilir ki, Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır və Aİ regionda uzadılmış münaqişələrin həllində daha fəal iştiraka hazırdır.

Sentyabrın ortasında baş vermiş toqquşmalarda üst-üstə 300-dək hərbçi həlak olub. Tərəflər bir-birini provokasiyada ittiham edib.

Avropa Parlamenti Azərbaycanla Ermənistanı 2020-ci il 9 noyabr atəşkəs sazişini tam yerinə yetirməyə, qızışdırıcı ritorikadan əl çəkməyə, öz əhalisini dinc yanaşı yaşamağa hazırlamaq üçün tədbirlər görməyə səsləyir.

Qurum hər iki ölkənin hökumətlərini sülh sazişinin hazırlanması ilə tam məşğul olmağa çağırır, bu mənada xarici işlər nazirlərinin 30 sentyabr Cenevrə görüşünü alqışlayır.

Sərhəd delimitasiyası üzrə ilkin proqres qeyd olunur, sərhədə Aİ-nin mülki missiyasının yerləşdirilməsi alqışlanır.

Humanitar yardım, əsirlər

Hesabatda Aİ-nin Qarabağda və ətrafında münaqişədən ziyan görmüş əhaliyə humanitar yardımı təqdir olunur. Avropa Komissiyasına çağırış edilir ki, ehtiyacı olanlara yardımı artırsın, daha güclü etimad yaratma tədbirlərinin ixracı sürətləndirilsin, vətəndaşlar arasında üzbəüz təmaslar artırılsın.

Avropa Parlamenti erməni hərbi və mülki əsirlərin taleyindən narahatlıq bildirir, onlardan bəzilərinin buraxılmasını alqışlayır, bütün qalan saxlananları dərhal və qeyd-şərtsiz buraxmağa çağırır.

Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlar bitəndən sonra saxlananları hərbi əsir saymır, terrorçu-diversant olduqlarını deyir. Ancaq həmin şəxslərin bir qismi müxtəlif vaxtlarda azad edilib.

Həmin il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayb.

İranın Tehran, Həmədan, Şiraz və digər şəhərlərində etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Enerji təchizatı vs. insan haqları

Hesabatda Azərbaycanın karbohidrogen xammalı təchizatçısı kimi strateji rolu, Aİ-nin enerji təchizatının təhlükəsizliyi və diversifikasiyasına töhfə verməyə hazır olması alqışlanır. Azərbaycanın bərpaolunan enerji istehsalçısı kimi potensialı da qeyd edilir.

Ancaq Aİ qurumlarına çağırış olunur ki, Aİ ilə Azərbaycanın münasibətlərinin dərinləşdirilməsi ölkənin demokratiya, insan haqları və fundamental azadlıqlar kimi təməl dəyər və prinsiplərə göstərdiyi hörmətlə şərtlənsin.

Avropa Parlamenti həmçinin Azərbaycanda media azadlığının mövcud durumundan təəssüf, ötən ilin dekabrında qəbul olunmuş media qanunundan narahatlıq ifadə bildirir. Həmin qanuna Venesiya Komissiyasının bu ilin iyununda açıqladığı rəyə uyğun olaraq sürətlə yenidən baxılması istənilir. Azərbaycanı blogerlər və jurnalistlərin təqibini dayandırmağa çağırış yer alır.

Sözügedən qanunun tələblərindən biri jurnalistlərin və media orqanlarının media reyestrində qeydiyyatdan keçməsidir. Müstəqil jurnalistlər bunu fəaliyyətlərinin məhdudlaşdırılması sayırlar, rəsmilərsə bu fikirlə razılaşmır.

Azərbaycan siyasi müxalifət fəallarının repressiyasını dayandırmalı, gender bərabərliyini təmin etməli, QHT-lərə və dini icmalara mövcud məhdudiyyətlər qaldırılmalıdır, hesabatda deyilir.

Azərbaycan hakimiyyəti indiyədək ölkədə insan haqlarının vəziyyətilə bağlı beynəlxalq qurumların tənqidlərini qəbul etməyib, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.

XS
SM
MD
LG