Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:24

Putin: Biz Ermənistanı sülhə məcbur edə bilmərik


Putindən Qarabağ haqda yeni açıqlamalar
Gözlə

No media source currently available

0:00 0:15:54 0:00

Putindən Qarabağ haqda yeni açıqlamalar

Rusiya Ermənistana Azərbaycanla sülh müqaviləsi barədə nəyisə diqtə etmir və etməyə də hazırlaşmır.

Bunu Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday diskussiya klubunda deyib.

O vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin “Vaşinqton variantı” Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur:

“Sülh müqaviləsi, əlbəttə, lazımdır. Və biz sərhəd məsələsinin dinc yolla tənzimlənməsi və həllini dəstəkləyirik. Hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir. Bütün hallarda hansı variant olursa olsun, sülhə gətirib çılxaracaqsa, biz bunun yalnız tərəfdarıyıq”.

Moskva heç nə sırımaq istəmir

Putin deyib ki, Moskva heç nə sırımaq istəmir:

“Biz Ermənistana nəyisə diqtə edə bilmərik və buna hazırlaşmırıq. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi sülh müqaviləsinin hansısa konkret variantını, məsələn Vaşinqton variantını seçmək lazım olduğunu düşünürsə, buyursun. Bu variant Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutur”.

Rusiya prezidenti söhbətinə belə davam edib:

“Əgər erməni xalqı, rəhbərliyi hesab edirlərsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Sözsüz ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır ki, razılaşmalar digər tərəf üçün də məqbul olsun”.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji partnyoru və müttəfiqidir, buna görə də Moskva Azərbaycanın maraqlarını nəzərə almaqla, Ermənistanın özünün nə təklif etməsindən çıxış edəcək.

Rusiya prezidenti xatırladıb ki, Moskva uzun illər Yerevanla dialoq aparıb və təklif edib ki, Azərbaycana Qarabağ ətrafındakı beş rayon verilsin, iki rayon isə Qarabağla əlaqə üçün saxlansın, amma Ermənistan “öz yolunu” seçib və nəticədə “bugünkü vəziyyət” yaranıb.

Şirakda 1700-dək ailə qışda donmaq təhlükəsi ilə üzləşib
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG