Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:41

Soçi görüşündən əvvəl Yerevan Bakıdan tələb edir ki...


“Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması – qırmızı xətt, tələb və Soçidə Paşinyan-Əliyev görüşündən əvvəl zərurətdir”.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Ermənistan Milli Məclisində hakim “Vətəndaş müqaviləsi” fraksiyası oktyabrın 27-də belə bir bəyanatla çıxış edib.

Ermənistan Milli Məclisi müdafiə komissiyasının sədri Andranik Koçaryan deyib:

“Biz ərazimizdə hər hansı əcnəbi əsgərin olmasına heç vaxt dözməyəcəyik və onlar dinc şəkildə ərazimizi tərk etməlidrlər”.

Hakim fraksiyanın katibi Artur Ovannisyan əlavə edib:

“İstənilən danışıqlarda, xüsusən də indi, vəziyyətin ifrat gərgin olduğu şəraitdə, biz birbaşa hesab edə bilərik ki, istənilən ön şərt həm də proseslərin dondurulması və dayandırılması olacaq, bu isə təkcə Ermənistan-Azərbaycan gərginliyi kontekstində yox, həm də ümumiyyətlə region üçün son dərəcə təhlükəlidir. Buna görə də bizim təsəvvürümüz belədir: Biz bu tələbi bütün mümkün platformalarda irəli sürürük və bu çox konkret və ünvanlı tələbi bizim beynəlxalq partnyorlarımız da irəli sürürlər və biz ümid edirik ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi nəhayət qoşunlarını çıxış mövqelərinə çəkəcək”.

Ermənistanın Soçi gündəliyi

Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Soçidə keçirilməsi gözlənilən üçtərəfli görüşdə iştirak edəcəyini təsdiqləyib.

Bundan əvvəlki Putin-Əliyev-Paşinyan görüşü bir il əvvəl keçirilib.

“Vətəndaş müqaviləsi” fraksiyasından Sargis Xandanyanın sözlərinə görə Ermənistan tərəfinin üçtərəfli görüş üçün gündəliyində “Azərbaycanın son bir ildə Ermənistana qarşı təcavüzlərinin aydınlaşdırılması məsələsi də var”.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Keçmiş prezident Robert Koçaryanın müxalif Hayastan fraksiyasından deputat Geğam Manukyan isə deyib ki, Ermənistan hakimiyəti güzəşt mövqeyindən çıxış etmək istəməsəydi, Ermənistanın suveren ərazisinin işğalı məsələsini ön şərt kimi irəli sürərdi:

“Bundan əvvəlki bütün görüşlərdə bu ön şərt işləməyib, düşmən Ermənistan paytaxtının yarısı boyda ərazini işğal edib. Amma burda əl çala-çala delimitasiyadan danışırlar”.

Azərbaycan Ermənistan ərazisini işğal etdiyinə dair Yerevanın ittihamlarını rədd edir və bildirir ki, iki ölkə arasında sərhəd delimitasiya edilmədiyindən hər hansı işğal olunmuş ərazidən söhbət gedə bilməz.

Şirakda 1700-dək ailə qışda donmaq təhlükəsi ilə üzləşib
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG