Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

Səudiyyə İranın krallığa hücum edə biləcəyini deyir


ABŞ Prezidenti Co Bayden (ortada) və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman
ABŞ Prezidenti Co Bayden (ortada) və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman

Səudiyyə Ərəbistanı ABŞ rəsmiləri ilə paylaşdığı kəşfiyyat məlumatında qeyd edir ki, İran krallığa tezliklə hücuma hazırlaşa bilər. Məlumatı ABŞ-ın üç rəsmisinə istinadla “Associated Press” agentliyi yayıb.

Agentlik yazır ki, Səudiyyəyə potensial hücumla bağlı narahatlıq Bayden administrasiyasının Tehranı ölkədə irimiqyaslı hücumlara təzyiqinə görə tənqid etdiyi bir vaxta düşür. Tehran Ukraynadakı müharibədə Rusiyaya yüzlərlə dron göndərdiyinə, texniki dəstək göstərdiyinə görə tənqid olunur.

“Təhdid mənzərəsindən narahatıq, Səudiyyə ilə hərbi və kəşfiyyat kanalları ilə daimi əlaqə saxlayırıq. Regiondakı maraqlarımız və tərəfdaşlarımızın müdafiəsi üçün hərəkətə keçməyə tərəddüd etməyəcəyik”, – ABŞ-nın Milli Təhlükəsizlik Şurası bəyanatında bildirib.

Agentlik Səudiyyə Ərəbistanından, yaxud İranın BMT-dəki missiyasından hər hansı açıqlama ala bilməyib.

İranlı ana: "Oğluma tələsik ölüm hökmü kəsdilər"
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

“Tezliklə, yaxud 48 saat ərzində”

Kəşfiyyat məlumatının olmasını təsdiqləyən rəsmilərdən biri “tezliklə, yaxud 48 saat ərzində” hücumun ola biləcəyinə etibarlı hədə olduğunu deyib. Ancaq regiondakı ABŞ səfirliyi, yaxud konsulluğu Səudiyyə Ərəbistanı, Yaxın Şərqdə başqa yerlərlə bağlı xəbərdarlıq səsləndirməyib.

Pentaqonun mətbuat katibi, briqada generalı Pət Rayder (Pat Ryder) deyib ki, ABŞ hərbi rəsmiləri “regiondakı təhdid vəziyyətindən narahatdırlar”. O, səudiyyəli tərəfdaşlarla daimi əlaqədə olduqlarını vurğulayıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) da ABŞ-ın “təhdid durumundan” narahat olduğunu deyib, ancaq detalları açıqlamayıb.

Son illər Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husi silahlılarının dron, raket, minaatan hücumlarına məruz qalıb. Səudiyyə 2015-ci ildə husilərlə mübarizə üçün koalisiya yaradıb, onlarla dinc sakinin ölümünə səbəb olmuş hava zərbələrinə görə tənqid olunub.

Etirazların yatırdılmasına görə sanksiyalar

İran indiyədək dəlil göstərmədən iddia edib ki, Səydiyyə Ərəbistanı və digər rəqibləri sıravi iranlıların etirazlarını qızışdırır.

22 yaşlı Məhsa Əmini sentyabrın 16-da vəfat edəndən sonra İranı etirazlar bürüyüb. Gənc qadın guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Şahidlər onun saxlanarkən döyüldüyünü deyiblər.

Etirazçılara divan tutulub, insan haqları qrupları azı 270 nəfərin öldürüldüyünü, minlərlə insanın saxlandığını bildirirlər.

Son həftələr ərzində Bayden administrasiyası etirazların qəddarlıqla yatırdılmasına görə İran rəsmilərinə sanksiyalar açıqlayıb. İran Rusiyanı dronla təchiz etdiyinə görə də sanksiyalara məruz qalıb.

XS
SM
MD
LG