Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:41

Əliyev Tehrana dəvət olunsa da, Bakı hələ qəbul etməyib


Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq

Azərbaycan Prezidenti İlham Əliyev Tehrana səfərə dəvət olunsa da, Bakı hələlik, dəvətin qəbulunu yubadır. Bu haqda İranın IRNA dövlət agentliyi yazır.

Agentlik Azərbaycanın təhlükəsizlik xidmətini İranla əlaqələri olan qanunsuz silahlı dəstə üzvlərini həbsyilə bağlı qeyri-konstruktiv iddia səsləndirməkdə suçlayır.

“Azərbaycanın təhlükəsizlik xidməti Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfərinə əsəbi reaksiya verərək köhnə siyahını yenidən yayıb, vaxtı bitmiş məsələləri qaldırıb”, – agentlik yazır.

DTX-nın məlumatı

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) noyabrın 1-də İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılan qanunsuz silahlı birləşmənin ifşa olunduğunu bildirib. Məlumatda deyilirdi ki, silahlı birləşmə əsasən əvvəllər məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı”nın üzvü hesab edən şəxslərdən bəzilərini üçüncü ölkələrin ərazisindən keçirilməklə Tehran şəhərinə, oradan isə saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparıb. Suriyada isə onlar hərbi təlimlərə cəlb ediliblər. DTX ümumilikdə qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 azərbaycanlının istintaqa cəlb olunduğunu açıqlayıb.

Müsəlman Birliyi Hərəkatı bu məsələnin onlarla bağlantısını təkzib edirlər. Bu birliyin rəhbər şəxsləri Azərbaycan hakimiyyətinə tənqidi mövqeyi ilə seçiliblər, qətl və daha bir çox ağır cinayətlərdə ittiham olunaraq həbs cəzası çəkirlər. Özləri ittihamları qəbul etmirlər.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana noyabrın 1-də səfər edib. İran Prezidenti İbrahim Rəisi onunla birgə brifinqdə deyib ki, “Qafqaz regionu İranın mədəni və sivilizasiya keçmişinin bir hissəsidir” Tehran regiona həssaslıqla yanaşır. Rəisinin sözlərinə görə, “regionda xarici qüvvələrin olması nəinki heç bir problemi həll etmir, əksinə onları daha da dərinləşdirir”.

Gərginlik

Azərbaycanla İranın münasibətlərində son vaxtlar gərginlik müşahidə olunur. İran rəsmiləri sərhədlərin hər hansı formada dəyişdirilməsinə qarşı çıxdığını, bunun qarşısını almaq gücündə olduğunu bildirib. İranın Azərbaycanla sərhəddə təlim keçməsini bəzi deputatlar pisləyiblər.

Prezident İlham Əliyevsə həmin təlimlər getdiyi bir vaxtda deyib ki, Azərbaycan “dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcək”, onların təhlükəsizliyi, hüquqları, salamatlığı çox böyük əhəmiyyət kəsb edir. Bu bəyanat İranda kütləvi etirazlar fonunda verilib.

Hazırda Azərbaycan cənub bölgəsində təlim keçir.

Ancaq Prezident Əliyevin İrana dəvət olunması, bu dəvətə cavab verilməməsi haqda Azərbaycan hər hansı rəsmi açıqlama yaymayıb.

XS
SM
MD
LG