Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:46

Rusiya Xersondan məktəb dərsliklərini də aparır


Bundan əvvəl Xerson vilayətində məktəblərin işi dayandırılıb. Bildirilir ki, uşaqlar təhsillərini Dnepr çayının sol sahilindəki məktəblərdə davam etdirəcəklər

Rusiyanın ilhaq etdiyi Xerson vilayətindən anbarlarda saxlanan məktəb dərsliklərini Azov sahilində yerləşən və döyüş əməliyyatlarından uzaq olan Genişesk şəhərinə aparıblar.

Bu barədə məlumatı Xersonda Rusiyanın təyin etdiyi işğal administrasiyası verib.

Xəbər verilir ki, indi Genişeskdə 10 min ədəd dərslik ədəbiyyatı var.

Bölgələrdə az qala hamı uşağını repetitor yanına göndərir
Gözlə

No media source currently available

0:00 0:06:24 0:00

Rusiyanın Xersona təyin etdiyi “təhsil naziri” Mixail Rodikov deyib:

"Kitablar həmişə qiymətlidir. Biz hamısını çıxarmışıq, indi bütün kitablar burda, Geniçeskdədir”.

Bundan əvvəl Xerson vilayətində məktəblərin işi dayandırılıb. Bildirilir ki, uşaqlar təhsillərini Dnepr çayının sol sahilindəki məktəblərdə davam etdirəcəklər.

Oktyabrın sonlarında Ukrayna silahlı qüvvələrinin uğurlu hücumlarının ardınca Xersondakı Rusiya administrasiyası sağ sahildəki sakinləri sol sahilə və ya başqa regionlara təxliyə olunmağa çağırmışdı. Onlara mənzillər vəd olunmuşdu.

Heykəlləri də aparırlar

Rusiya işğal administrasiyası Xersondakı rus və sovet abidələrini və hətta knyaz Qriqori Potyomkinin qalıqlarını məzarından çıxararaq Rusiyaya aparıb.

Bununla belə administrasiya Xersonun təslim edilməyəcəyini bildirir.

Bundan əvvəl Ukraynadakı Rusiya qüvvələrinin komandanı general Sergey Surovikin Xersonun taleyi barədə “sadə olmayan” qərarların qəbulunu istisna etmədiyini demişdi.

Heydər Əliyev Fondunun tikdirdiyi məktəbdə valideynləri içəri buraxmırlar...
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Prezident Vladimir Putin də bugünlərdə region sakinlərini evakuasiya olunmağa çağırıb. Halbuki regionun Rusiya administrasiyaları təxliyənin başa çatdığı bildirmişdi.

Xerson Rusiyanın Ukraynada işğal edə bildiyi yeganə böyük şəhər və vilayət mərkəzidir.

Rusiya hakimiyyəti Xerson vilayətini Rusiyanın bir hissəsi elan edib.

XS
SM
MD
LG