Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:41

Britaniya əks-kəşfiyyatı İran və Rusiya casuslarına qarşı


Britaniyanın MI5 kəşfiyyat idarəsinin direktoru Ken Makkallam
Britaniyanın MI5 kəşfiyyat idarəsinin direktoru Ken Makkallam

Bu il ərzində Britaniyada İran tərəfindən adam oğurlanması cəhdi ilə bağlı azı 10 siqnal qeydə alınıb

Bu il ərzində Britaniyada İran tərəfindən adam oğurlanması cəhdi ilə bağlı azı 10 siqnal qeydə alınıb.

Bunu özünün illik hesabatında Britaniyanın MI5 kəşfiyyat idarəsinin direktoru Ken Makkallam deyib.

BBC-nin yazdığına görə Makkallam xəbərdarlıq edib ki, Britaniya “qarşıdan gələn illərdə Rusiyanın təcavüzünə hazır olmalıdır”.

Lakin MI5 başçısı bunu da əlavə edib ki, Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca Moskvanın dünya boyunca casusları müxtəlif ölkələrdən kütləvi şəkildə qovulub.

O bunu da qeyd edib ki, MI5 son vaxtlarda “öz üsullarından iyrənməyən” ölkələrdən gələn təhlükələri dəf etməli olub.

Makkallam deyib ki, bu mənada İran xüsusi xidmətlərinin fəaliyyəti xüsusilə vurğulanmalıdır.

Tehranın özünə düşmən bildiyi adamlar

Kəşfiyyat rəhbərinin sözlərinə görə Tehran rejimi Britaniya vətəndaşlarının və ya Birləşmiş Krallıqda məskunlaşmış şəxslərin oğurlanmasına cəhdlər edib.

Makkallamın sözlərinə görə söhbət ilk növbədə Tehranın özünə opponent hesab etdiyi şəxslərdən gedir:

"Biz yanvar ayından bəri belə təhlükələr barədə azı 10 siqnal almışıq”.

İranda mağaza, bazar və müəssisələr də etirazlara qoşuldu
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Ötən həftə xəbər verilmişdi ki, Britaniyada yaşayan bir neçə iranlı jurnalist ölümlə hədələnib.

MI5 rəhbərinin sözlərinə görə İran kəşfiyyatı öz məqsədləri üçün həm casuslarından, həm də başqa şəxslərdən istifadə edir, bir sıra hallarda qurbanlarını tovlayıb İrana qaytarmağa çalışır.

'14 il İranın çörəyini yemişəm' - Biləsuvardan reportaj
Gözlə

No media source currently available

0:00 0:07:19 0:00

“Tarix kitablarındakı hədələr qayıdıb”

Makkallam xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə “milli təhlükəsizliyə artıq yalnız tarix kitablarında qaldığı düşünülən hədələr qayıdıb”.

MI5 rəhbərinin sözlərinə görə Rusiya kəşfiyyatı son aylarda xeyli fəallaşıb.

Bununla yanaşı o, həm də bəzi nikbin qeydlər edib.

Makkallam bildirib ki, Moskvanın Ukraynaya müdaxiləsindən sonra dünya boyunca 600-dən çox Rusiya rəsmisi müxtəlif ölkələrdən qovulub və onların 400-dən çoxunun casus olduğuna inanılır.

Britaniyadan diplomatik vəzifədə çalışan 23 Rusiya casusu deportasiya edilib, onların əvəzlənməsi üçün göndərildiyi düşünülən 100-dən çox diplomata vizalar verilməyib.

MI5 rəhbəri Çindən də söz açıb. O deyib ki, Çin daha çox nüfuz kəşfiyyatından istifadə edir, ictimai rəyə təsir göstərməyə, gənc siyasətçiləri onlar hələ millət vəkili olmadan ələ almağa çalışır.

Makkallam deyib ki, Britaniya vətəndaşlarına və “Britaniyanı özünə vətən etmiş şəxslərə” qarşı bu kimi təhdidlərə dözümlülük göstərmək olmaz.

XS
SM
MD
LG