Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:45

Xersonda Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən rəsmi həbs edilib


Xerson şəhəri icra başçısının keçmiş müavini Vladimir Pepel
Xerson şəhəri icra başçısının keçmiş müavini Vladimir Pepel

Pepel Rusiya işğalına qədər şəhər başçısının müavini idi və şəhər icra orqanlarının işinə nəzarət edirdi

Ukrayna məhkəməsi Xerson şəhəri icra başçısının müavini Vladimir Pepelin Rusiya ilə əməkdaşlıqda şübhəli şəxs kimi həbsinə order verib.

Onu 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Bu barədə məlumatı Ukrayna Dövlət Təhqiqatları Bürosu verib.

Pepel Rusiya işğalına qədər şəhər başçısının müavini idi və şəhər icra orqanlarının işinə nəzarət edirdi.

O daha sonra Rusiyanın təyin etdiyi administrasiyada şəhər kommunal təsərrüfatına başçılıq edib.

Pepel bundan başqa vilayətin Rusiyaya birləşdirilməsi üçün keçirilən referendumun təşkilatçılığında iştirak edib.

Yerevanda azərbaycanlı şairlərin kitabı çap edilib
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Fəal iş fəaliyyəti

Büro bildirir ki, axtarış zamanı Pepelin evindən Rusiya Konstitusiyası və başqa təbliğat materialları tapılıb.

Rusiya mənbələri onun şəhər administrasiyasındakı işi və həbsi barədə heç bir məlumat vermirlər.

Bu da qeyd olunur ki, 60 yaşlı Pepel şəhər su kəmərində işləyib və 12 il müddətində orda baş mühəndis olub.

Ermənistanda analar əsirlikdən dönmüş oğullarının hərbi xidmətə qayıtmasını istəmirlər
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

O daha 6 il “Xersonteploenergo” adlı yerli istilik-enerji şirkətində işləyib və bir neçə dəfə şəhər bələdiyyəsinə deputat seçilib.

Rusiya ordusu Xersonu tammiqyaslı müharibənin lap əvvəllərində işğal etmişdi, lakin noyabr ayında şəhəri döyüşsüz təslim etdi.

Hakimiyyət nümayəndələri Rusiyanın Xersona “həmişəlik gəldiyini” bəyan edirdilər.

XS
SM
MD
LG