Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

FIFA İran etirazçılarını dəstəkləyən plakatlara icazə verdi


Etirazçıları dəstəkləyən İran azarkeşləri
Etirazçıları dəstəkləyən İran azarkeşləri

Bu hadisə İran millisinin ABŞ komandasına məğlub olaraq dünya çempionatı yarışlarını tərk etməsindən sonra baş verib

FIFA Qətərdə keçirilən Dünya Kuboku matçlarında İran etirazçılarını dəstəkləyən plakatların və göy qurşağı simvollarının tribunalara çıxarılmasına icazə verib.

Bu hadisə İran millisinin ABŞ komandasına məğlub olaraq dünya çempionatı yarışlarını tərk etməsindən sonra baş verib.

Noyabrın 20-də Dünya Kuboku matçlarının başlanmasından bəri Qətər təhlükəsizlik qüvvələri stadionlara İran etirazlarını dəstəkləyən plakat və bayraqların gətirilməsini qadağan etmişdi.

Bundan başqa İran yığmasının matçlarında azarkeşlərin etirazçıları dəstəkləyən şüarlar yazılmış köynəklər geyinməsinə icazə verilmirdi.

Buna baxmayaraq İran yığmasının oynadığı matçlarda hökumətyönlü azarkeşlərlə etirazçıları dəstəkləyən azarkeşlər arasında qarşıdurma və hətta kiçik toqquşmalar baş verirdi.

Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

FIFA siyasətini Qətərlə koordinasiya edir

Fəlların HRANA xəbər agentliyinin məlumatına görə İranda etirazlar başlanandan bəri aksiyalarda 64-ü azyaşlı da daxil 459 nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

İran yığması noyabrın 29-da ABŞ yığmasına 1-0 hesabı ilə məğlub olduqdan sonra Qətərdə və İrandakı bir çox etirazçılar bu məğlubiyyəti bayram ediblər.

FIFA-nın bəyanatında qurum bütün bunlardan agah olduğunu və Dünya Kuboku təşkilatçıları ilə müvafiq söhbətlər aparıldığını bildirir.

Dünya Kuboku çempionatının ilk həftəsində FIFA Uels millisi də daxil 7 Avropa ölkəsinin komandalarına LGBT-yə dəstək ifadə edən “One love” (“Bir sevgi”) qolbağlarının taxılmasını qadağan etmişdi.

Bu qadağan həm də Qətərin bir müsəlman ölkəsi olması və ölkədə bu məsələnin həssaslığı nəzərə alınmaqla tətbiq edilmişdi.

FIFA bildirir ki, öz siyasətlərini çempionatın ev sahibi Qətərlə koordinasiyada aparır.

XS
SM
MD
LG