Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:46

İranda etirazçıları müdafiə edən azı 44 vəkil həbs olunub


İranda azı 44 hüquqşünas üç aydır davam edən kütləvi etirazlarda iştirakına görə saxlanmış şəxsləri məhkəmədə müdafiə edəndən sonra həbs olunub.

Bir vəkil təşkilatının məlumatına görə sentyabrdan bəri həbs olunan vəkillərdən 20-si zaminə buraxılıb.

Bu da xəbər verilir ki, azı iki vəkil barəsində sərt cəza hökmləri çıxarılıb.

Onlardan biri Şərqi Azərbaycan ostanının İnsan Haqları Vəkilləri Cəmiyyətinin sədr müavini Sina Yusifiyə altı ay iş kəsilib və onun iki il müddətində ölkədən çıxışına qadağan qoyulub.

Onun elektron cihazları müsadirə olunub.

Məhkumların işi üzrə sənədlər verilmir

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü Negin Kiyani bir il müddətinə azadlıqdan məhrum edilib, ölkədən çıxışına, habelə mobil telefondan istifadəsinə qadağan qoyulub.

Kiyani deyib ki, ona qarşı irəli sürülən ittihamlardan biri də “rejimə qarşı təbliğatdır”.

İranda ötən sentaybrda kütləvi etirazlar başlananda bir neçə vəkil aksiyalarda iştirakına görə həbs olunanları məhkəmələrdə pulsuz müdafiə edəcəklərinə dair bəyanat vermişdi.

Bir çox hallarda ədliyyə vəkillərin antihökumət etirazçılarının işləri ilə tanış olmalarına əngəl yaradır.

Bunlardan biri də edam cəzasına məhkum edilmiş etirazçını müdafiə edən vəkil Əli Şərifzadə Ərdəkanidir.

O dekabrın 15-də Twitter-də yazıb ki, müttəhim Məhəmməd Hüseyninin hökmündən apellyasiya şikayəti vermək istəyəndə rəsmilər məhkumun işi ilə bağlı sənədləri ona verməkdən imtina ediblər.

XS
SM
MD
LG