Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:52

Ukrayna üçün 'F-16 koalisiyası' yaradılır


Ukrayna ordusu Baxmut ətrafında xeyli ərazini azad edib
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Ukrayna ordusu Baxmut ətrafında xeyli ərazini azad edib

Britaniya, Fransa və Niderland Ukrayna üçün F-16 qırıcılarının alınması məqsədilə “qırıcı koalisiyası” yaradacaqlar.

Bu barədə ilk dəfə xəbəri Britaniyanın baş naziri Rişi Sunak və Niderland hökumətinin başçısı Mark Rütte vermişdilər.

Sunak və Rüttenin Avropa Şurasının İslandiyada keçirilən sammiti əsnasında görüşündən sonra yayılmış birgə bəyanatda deyilir:

"Britaniya və Niderland baş nazirləri Ukraynanın hava döyüş potensialının möhkəmləndirilməsi məqsədilə ona pilotların təlimindən tutmuş F-16 qırıcılarının verilməsinədək məsələlərin həlli üçün beynəlxalq koalisiya yaratmaq barədə qərar qəbul ediblər”.

Fransa “günü bugün” hazırdır

Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, “qırıcı koalisiyası” üzərində Kiyevlə birlikdə Britaniya, Fransa və Niderland işləyəcəklər:

"Biz Britaniyada Rişi Sunakla görüşümüz zamanı qərara gəldik ki, qırıcı koalisiyası üzərində birgə işləyək. Söhbət təlimlərdən, təyyarələrdən və nəticələrdən gedir. Bu ideyanı Fransa prezidenti Emmanuel Makron, daha sonra isə Niderlandın baş naziri Mark Rütte də dəstəklədilər. Koalisiya üçün yaxşı başlanğıcdır”.

Britaniya bildirib ki, Ukraynaya F-16 qırıcıları verə bilməsə də, Ukrayna pilotlarına bu təyyarələrdə uçmaq üçün təlim keçəcək.

Britaniya ordusu ABŞ istehsalı F-16-larından istifadə etmir.

Emmanuel Makron da Parisin belə bir təlimlərə “günü bugün” başlamaq imkanı olduğunu deyib.

Mayın əvvəllərində Niderlandın hökumət başçısı Mark Rütte demişdi ki, onun kabineti Ukraynaya F-16 qırıcılarının verilməsi məsələsini Danimarka, Britaniya və ABŞ-la, habelə “Avropadakı bəzi tərəflərlə” müzakirə edir.

ABŞ hökuməti hələ ki susur

Ukraynaya F-16 qırıcılarının verilməsi üçün ABŞ hökumətinin razılığı tələb olunur.

Bundan əvvəl Vaşinqton Kiyevin bu barədə ricalarına müsbət cavab verməyib.

Bayden administrasiyası hesab edir ki, bu təyyarələrdə Ukrayna pilotlarına təlim verilməsi mürəkkəbdir və aylarla vaxt tələb edə bilər.

ABŞ hərbiyyəsi bunu da qeyd etmişdi ki, F-16 qırıcıları Rusiya hava hücumundan müdafiə sistemləri qarşısında o qədər də qüsursuz deyil.

Bununla belə hələ mart ayında CNN telekanalına müsahibədə ABŞ hərbçiləri demişdilər ki, Vaşinqton hazırda ukraynalı pilotlar üçün F-16 təlimlərinin incəliklərini öyrənir.

Avropa Şurası Ukrayna üçün ‘Kompensasiya reyestri’ yaradır

Avropa Şurası Rusiyanı Ukraynanın işğalına görə məsuliyyətə cəlb etməyə çalışır. Bu, mayın 16-da qurumun 46 üzvünün Reykyavikdə başlayan zirvə toplantısının əsas mövzusudur.

Sammit iştirakçıları Moskvanın dağıtdığı ölkənin bərpası və zərərçəkənlərə ödəməli olacağı təzminatları dəqiq hesablayan sistemi təsdiqləməlidir.

“Ədalət olmadan etibarlı sülh mümkün deyil”, – bunu sammitə videomüraciətlə qoşulan Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Avropa səfərindən yenicə qayıdan Zelenski Avropa birliyinin gücünü vurğulayaraq, dəstəyə görə təşəkkür edib.

Hipersonik raketlərin vurulması

O, həmçinin Kiyevin mayın 16-da Qərbin verdiyi yeni müdafiə sistemləri ilə Rusiyanın hipersonik raketlərini vurması iddialarından da danışıb: “Bir il əvvəl biz terrorçuların raketlərinin çoxunu, xüsusən də ballistik raketlərini vura bilmirdik və mən indi tək bir şey soruşuram. Əgər bunu bacarırıqsa, edə bilməyəcəyimiz bir şey varmı?”

Zelenskinin sözlərinə görə, hipersonik raketlərin buraxılması Rusiyanın “öldürmə qabiliyyətini artırmaq”, Ukraynanın isə “xalqımızın müdafiəsini yaxşılaşdırmaq” üçün çox çalışdığını göstərdi”.

Rusiya hücumlarında mülki insanları qəsdən hədəfə aldığını inkar edir, amma sübutlar onun qüvvələrinin yaşayış binalarına və mülki infrastruktura dəfələrlə zərbələr endirdiyini göstərir.

Rusiya və Belarus

Avropa Şurasının son 18 ildə ilk sammitinə 30-a yaxın Avropa dövlət və hökumət başçısı qatılır. 2022-ci ilin fevralında Kremlin Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra qrupdan çıxarılan Rusiya bu ölkələr arasında deyil. Rusiyanın yaxın müttəfiqi olan Belarus sammitdə yalnız müşahidəçi qismində təmsil olunur.

İki günlük sammitin sonunda iştirakçılar Moskvanın qurbanlara təzminat ödəmək üçün məsuliyyət daşıması və Ukraynanın iqtisadiyyatın bərpası prosesinə başlaya bilməsi üçün bir sistem yaratmaq istəyirlər. Onlar ümid edirlər ki, sammitdə müşahidəçi statusu olan ABŞ da bu təşəbbüsü dəstəkləyəcək.

Dünya Bankı martda Ukraynanın yenidən qurulması üçün 400 milyard dollardan çox vəsait gərəkdiyini hesablamışdı.

Kompensasiya reyestri

“Reykyavik Sammitinin gözlənilən nəticələrindən biri, Rusiya təcavüzü nəticəsində zərər çəkmiş hər kəsin qeydə alına və sonradan kompensasiya ödənilə biləcəyi Kompensasiya Reyestrinin yaradılmasıdır. Həmçinin Ukraynadakı cinayətkarların öz əməllərinə görə cavabdehlik daşıması yollarının axtarılmasıdır”, – İslandiya hökuməti öz internet səhifəsində yazıb.

Zelenski videomüraciətində reyestrin “hərtərəfli kompensasiya mexanizmi” üçün zəmin yaradacağını vurğulayıb.

Almaniya kansleri Olaf Şolz (Olaf Scholz) ölkələri reyestrə dəstək verməyə çağırıb və deyib ki, bu, “Rusiyanın Ukraynaya təcavüzünün vurduğu ziyanı kollektiv şəkildə qeydə almağa imkan verəcək, ölkənin yenidən qurulmasına zəmin yaradacaq”.

Şolz həmçinin müharibənin başa çatması və ədalətli sülhün əldə edilməsi gözləntiləri fonunda Rusiyayla əlaqələri saxlamağa çağırıb: “Biz Avropa Şurası olaraq, o vaxta qədər başqa Rusiyanın, başqa Belarusun təmsilçiləri ilə körpüləri və bu yolla hər iki ölkədə demokratik, dinc gələcək perspektivini açıq saxlamalıyıq. Bu məsələ bu gün bizə nə qədər çətin görünsə də, bunu etməliyik".

XS
SM
MD
LG