Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:26

Paşinyan Azərbaycanla qeyd-şərtsiz sülh müqaviləsindən danışıb (Video)


Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır:Yerevan Bakıya yeni təkliflərini göndərdi
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır:Yerevan Bakıya yeni təkliflərini göndərdi

Regionumuzda hərbi-siyasi situasiya gərgin olaraq qalır və gərginliyin önlənməsinin əsas metodu sülh müqaviləsinin imzalanmasıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bugün, mayın 22-də keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycanla sülh və münasibətlərin qurulmasına dair intensiv danışıqlar davam edir.

Baş nazir ümid etdiyini bildirib ki, müqavilənin mətni razılaşdırılacaq və o tez bir zamanda imzalanacaq:

“Beynəlxalq icma öz qavramasında getdikcə belə bir formula daha çox meyllənir ki, Ermənistan və Azərbaycan heç bir qeyd-şərtsiz bir-birinin ərazi bütövlüyünü 29 min 800 kvadrat kilometr və 86 min 600 kvadratmetr sahədə tanımalı və buna uyğun olaraq Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı üçün Bakı və Stepanakert (Xankəndi-red) arasında dialoq olmalıdır”.

Yerevan Bakıya müqavilənin 4-cü redaksiyasını təqdim edib

Paşinyan əlavə edib ki, Yerevan belə məntiqlə razıdır və danışıqları da buna uyğun aparır:

“Stepanakert (Xankəndi-red) – Bakı danışıqları son dərəcə mühümdür. Eyni zamanda mən əminəm ki, Ermənistanın təhlükəsizliyinin qarantiyası bütün qonşularla münasibətlərin tənzimlənməsi şəraitində mümkün olacaq sülhdür. Bu asan proses deyil, amma bu, bizim xalqımızn istədiyi və gözlədiyidir”.

Paşinyan deyib ki, Ermənistan Vaşinqton danışıqlarından sonra Azərbaycan tərəfinə müqavilə mətninin 4-cü redaksiyasını təqdim edib və hazırda cavab gözləyir.

Onun sözlərinə görə Yerevanın əsas vəzifəsi danışıqları mümkün qədər tez başa vurub müqaviləni imzalamaqdır.

Xankəndi erməniləri necə oldu ki, silahlandı? Xankəndinin birbaşa Moskvaya tabe olduğu "Volski dönəmi". #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

Moskvada imzalanması realist deyil

Müqavilənin Moskva, Kişinyov və ya Qranadada keçiriləcək danışıqlarda imzalanmasının mümkünlüyü barədə sual cavab verən Paşinyan deyib ki, Moskva görüşü mayın 25-də keçirilməlidir və o bu tarixi sənədin imzalanması üçün realist vaxt hesab etmir:

“Məsələn, əgər məlum olsa ki, Azərbaycan öz cavablarını bu həftə verəcək və təhlil üçün daha bir həftə kifayət edəcək və əgər görsək ki, bu təklif və yanaşmalar kompromis məntiqi üçün məqbuldur, niyə də yox? Amma hazırda biz onlardan hələ cavab almamışıq”.

Azatutyun xatırladır ki, mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılıb.

Paşinyan habelə iyunun 1-də Kişinyovda Fransa prezidenti Emmanuel Makronun və Almaniya kansleri Olaf Şoltsun, habelə Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakilə İlham Əliyevlə daha bir görüş keçirməlidir.

Bu formatda daha bir görüşün oktyabr ayında İspaniyanın Qranada şəhərində keçirilməsi nəzərdə tutulub.

Azərbaycan prezidenti: 'Sülh anlaşmasının imzalanması qaçılmazdır'

"Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək". AZƏRTAC-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib.

Əliyev bəyanatında vurğulayıb ki, Azərbaycan torpaqlarının 20 faizi uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olub:

"İşğal edilmiş ərazilərdə, demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir".

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.

ABŞ Aİ formatını dəstəkləyir. Həmin ölkədə Azərbaycan və Ermənistan xarici işlər naziri bu ayın əvvəllərində dörd gün müzakirələr aparıblar.

Daha sonra iki ölkənin liderləri Brüsseldə, nazirlər isə Moskvada danışıqlar aparıblar. Amma, hələlik, detalları açıqlanmayan sülh sazişi imzalanmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG