Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:30

Putin Belarusda nüvə silahı yerləşdirir, Tokayev ‘aydınlıq’ istəyir


Kasım-Jomart Tokayev və Vladimir Putin
Kasım-Jomart Tokayev və Vladimir Putin

Belarus və Rusiya müdafiə nazirləri Minskdə keçirilən görüşdə Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi qaydalarına dair bir neçə sənəd imzalayıblar.

Viktor XreninSergey Şoyqu habelə hazırkı hərbi-siyasi vəziyyəti müzakirə ediblər.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusu Rusiyanın “sadiq müttəfiqi və etibarlı partnyoru” adlandırıb.

O iddia edib ki, hər iki ölkə “onlara qarşı kollektiv Qərbin elan olunmamış müharibəsini” dəf etməyə çalışırlar.

Amma Şoyqu əlavə edib ki, söhbət Belarusa nüvə silahının verilməsindən getmir və ondan istifadə barədə qərarı Moskva qəbul edəcək.

Tokayevin sualı var

Bu da xəbər verilir ki, bu məlumat hələ mayın 25-də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının Moskvada keçirilən sammitində bəzi suallar doğurmuşdu.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev demişdi ki, Rusiya və Belarus “dünya siyasi tarixində iki ölkə bir dövlət formulu ilə unikal presedent” yaradıblar:

“Mən üzr istəyirəm, hətta indi iki ölkəyə bir nüvə silahı da var. Bizim bu şəraitdə necə işləyəcəyimiz konseptual məsələdir. Düşünürəm ki, bu problemi müzakirə etməliyik”.

Tokayev vurğulayıb ki, Aİİ-də məsələn, Qazaxıstan, Qırğızıstan və Ermənistan arasında inteqrasiyanın fərqli dərəcəsi var və bu reallıqla hesablaşmaq lazım gələcək.

Qazaxıstan son vaxtlarda Rusiya üçün son dərəcə önəmli məsələlərdə kəskin fərqli mövqe tutur.

Bir sıra təhlilçilər Ukraynadan sonra Rusiyanın mümkün hədəfinin Qazaxıstan ola biləcəyini düşünürlər.

Ukrayna əsgərləri son 2 gündə 60-a yaxın İran dronunu məhv edib
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Iskander raketləri, Su-25 təyyarələri

Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyinə dair məlumatı Rusiya prezidenti Vladimir Putin martın əvvəllərində vermişdi.

Onun sözlərinə görə bu silah Belarus ərazisində iyulun 1-dək yerləşdirilməlidir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, taktiki nüvə silahının dəqiq texniki xarakteristikası yoxdur, amma burada söhbət az gücə malik nüvə başlıqlarından və daha kiçik radiuslu daşıyıcılardan gedə bilər.

Rusiyanın İskander raketlərinin rəsmi zərbə radiusu 500 kilometrdir. Beləliklə taktiki nüvə silahının Belarusda yerləşdirilməsi bütün Polşa və Baltik ərazisini, qismən də Almaniya, Slovakiya, Çexiya və Ukrayna ərazilərini potensial zərbə altında qoyur.

Şoyqu bəyan edib ki, Iskander-M raketlərindən başqa Belarusa nüvə silahından mümkün istifadə üçün modifikasiya olunmuş Su-25 bombardmançıları verilib.

Rusiyanın nüvə başlığı üstünlüyü

Reuters agentliyinin yazdığına görə, ABŞ Dövlət Departamenti bu planı pisləyib, amma bildirib ki, Vaşinqtonun strateji nüvə silahları ilə bağlı mövqeyini dəyişmək planları yoxdur.

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Moskvanın bu son planları Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən bəri “məsuliyyətsiz davranışının davamıdır”.

Miller xəbərdarlıq edib ki, Ukraynada kimyəvi, bioloji və yaxud nüvə silahlarından istifadənin “çox ağır nəticələri” ola bilər.

Rusiya taktiki nüvə başlıqlarının sayına görə ABŞ-la müqayisədə böyük üstünlüyə malikdir. Vaşinqtonun təxminlərinə görə Rusiyanın 2000-dək belə başlığı var.

ABŞ-ın 200-dək nüvə başlıqlarının yarısı Avropada yerləşdirilib.

XS
SM
MD
LG