Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

Qarabağa ayrılandan daha çox vəsait xərclənib


İlham Əliyev Laçın rayonunda Güləbird kəndinin təməlini qoyur, 4 may 2023
İlham Əliyev Laçın rayonunda Güləbird kəndinin təməlini qoyur, 4 may 2023

Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrasına dair rəyində Qarabağda bərpa və yenidənqurma işlərinə xərclənən vəsaitlə bağlı rəqəmlər də yer alıb.

Bu işlərə vəsait ayrılmasına 2021-ci ilin büdcəsindən bəri başlanılıb. Həmin ilin dövlət büdcəsində işğaldan qurtarılmış ərazilərin bərpa və yenidən qurulmasına 2 milyard 200 milyon manat ayrılmışdı.

Eksklavların taleyi həll edilir: Yerevan əsas yollarını itirəcəyindən qorxur
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Ötən ilin dövlət büdcəsi haqqında qanun qəbul olunarkən də bu istiqamətdə 2 milyard 200 milyon manatın ayrılması nəzərdə tutulmuşdu. Ancaq ilin ortasında büdcəyə əlavə və dəyişikliklərə dair qərar qəbul edilib və nəzərdə tutulan xərclər artırılıb.

Beləliklə büdcədən Qarabağdakı yenidənqurma işlərinə ayrılan vəsait daha 470 milyon manat artırılaraq, 2 milyard 670 milyon manata çatdırılıb. Bu vəsaitin 99.8 faizi il ərzində istifadə edilib.

Digər qaynaqlardan yönəldilən vəsaitlər

Hesablama Palatasının rəyindən bəlli olur ki, birbaşa Qarabağa ayrılan vəsaitlə yanaşı, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına bölgəyə daha 467 milyon manat ayırıb.

Bu əlavə vəsait 17 layihənin maliyyələşdirilməsinə sərf edilib. Həmin 17 layihənin 15-ni Avtomobil Yolları Dövlət Agentliyi, ikisini isə "Azərbaycan Dəmir Yolları" QSC gerçəkləşdirib.

Dövlət Büdcəsinin Ehtiyat Fondu hesabına da Qarabağdakı yenidənqurma işlərinə vəsait cəlb edilib. Həmin mənbə hesabına təmin edilən maliyyənin toplam həcmi təxminən 1 milyard 80 milyon manat olub. Bu o deməkdir ki, ötən il Dövlət Büdcəsinin Ehtiyat Fondundən xərclənən vəsaitin təxminən 74 faizi Qarabağdakı bərpa və yenidənqurma işlərinə xərclənib.

Büdcənin ehtiyat fondundan Qarabağa yönəldilən vəsaitin 99 faizi yenə Avtomobil Yolları Dövlət Agentliyinə çatıb. Agentlik yol-nəqliyyat infrastrukturu ilə bağlı layihələri gerçəkləşdirilərkən, layihə podratçıları qarşısında yaranmış maliyyə öhdəliyinin bir bölümünü bu vəsait hesabına qarşılayıb.

Açıqlanan bilgilərdən bilinir ki, indiyədək Qarabağdakı işlərlə bağlı ən çox vəsait ayrılan qurum Avtomobil Yolları Dövlət Agentliyidir. Bu qurum 2021-2022-ci illərdə Qarabağdakı işlərlə bağlı toplam 3 milyard 347 milyon manat xərcləyib. Bundan başqa, Agentliyin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə həyata keçirdiyi investisiya layihələri ilə bağlı 488 milyon manat borc qalığı da var.

Dövlət Büdcəsinin Ehtiyat Fondu daha 4.9 milyon manatı Fövqəladə Hallar Nazirliyinə ayırıb. Bu vəsait hesabına nazirlik “GCS-200” tank əleyhinə minatəmizləmə komplekslərini alıb. Fondun ayırdığı vəsaitin daha 930 min manatı “Təmiz Şəhər” ASC-yə çatıb. Bu vəsait hesabına qurum şğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərini görüb. Dövlət Büdcəsinin Ehtiyat Fondu hesabına Minatəmizləmə Agentliyinə 370 min manat verilib. Həmin vəsait də ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün nəzərdə tutulub.

İşğaldan azad olunan ərazilərin bərpasına dövlət büdcəsinin bölüşdürülməmiş (bloklanmış) xərclərindən də vəsait ayrılıb. Sözügedən vəsait hesabına “Azərenerji” ASC-nin nizamnamə kapitalı 98.8 milyon manat artırılıb. Qurum həmin vəsaitlə kiçik su elektrik stansiyaları (KSES) inşa edəcək.

Beləcə, yuxarıda qeyd edilən mənbələr hesabına ötən il Qarabağdakı yenidənqurma işlərinə toplam 4 milyard 311 milyon manat sərf edilib. Başqa deyimlə, büdcədən Qarabağın bərpasına ayrılan 2 milyard 670 milyon manatla yanaşı, bu istiqamətdə daha 1 milyard 641 milyon manat da xərclənib.

Azərbaycanda kadr çatışmazlığı: Hökumət 65 yaş senzini ləğv etməyə hazırlaşır?
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Vəsaitlər şəffaf xərclənirmi?

Hər il dövlət büdcəsinindən Qarabağdakı bərpa və yenidənqurma işlərinə bir neçə milyard manat ayrılması, təbii ki, bu vəsaitin şəffaf və səmərəli xərclənmə məsələsini də gündəmə gətirir. Ancaq təəssüf ki, Azərbaycan büdcəsində dövlət əsaslı investisiya qoyuluşunun şəffaflığı ilə bağlı problemlər burada da özünü göstərir. Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı ötənilki rəyində qeyd edilirdi ki, 2021-ci ildə dövlət büdcəsindən Qarabağın bərpasına ayrılan vəsait 71 layihə üzrə bölüşdürülüb. Ancaq bu vəsaitin icrasına dair illik hesabatlara rast gəlinmir. Bu baxımdan, xərclənən vəsaitlərlə bağlı hesabatlılığın və şəffaflığın təmin edilməməsi həmin layihələrin səmərəliliyini də sual altına qoyur.

Xərclərin bölüşdürülməsi ilə yanaşı, xərclənməsi ilə də bağlı problemlər var. Məsələn, Qarabağdakı yenidənqurma işlərinə ayrılan vəsaitdən ən çox faydalanan qurumun – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibinin mediaya açıqlamasında bildirilir ki, yollların tikinti və layihələndirilməsinə qatılan şirkətlər tender yolu ilə seçilməyib, müqavilə əsasında işə başlayıblar. Halbuki, dövlət satınalmaları ilə bağlı Maliyyə nazirliyinin qərarında bildirilir ki, dövlət satınalmalarının dəyəri 50 min manatı ötdükdə, satınalma açıq tender üsulu ilə aparılmalıdır. Amma hazırda Qarabağda icra edilən və dəyəri milyon-milyon manatlarla ölçülən layihələr icraçılara tendersiz verilib.

XS
SM
MD
LG