Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:41

Rusiyadan yenə də taciklərin incidilməsi xəbərləri gəlir


Moskva polisi saxlanılan tacikləri məntəqəyə aparır
Moskva polisi saxlanılan tacikləri məntəqəyə aparır

Moskva polisi 150-dən çox tacik miqrantı saxlayıb.

Onlardan bəziləri AzadlıqRadiosuna deyiblər ki, hələ də polis məntəqəsinin həyətində saxlanırlar.

Miqrantlar deyirlər ki, polis onları mayın 30-da səhərin erkən saatlarında saxlayaraq dörd avtobusda Mitino polis idarəsinə gətirib.

Polis bu adamların niyə həbs olunduqlarını bildirmir.

Tacikistanın Moskvadakı səfirliyi AzadlıqRadiosuna bildirib ki, hadisədən agahdırlar və vəziyyətə aydınlıq gətirməyə çalışırlar.

Rusiya və Tacikistan rəsmiləri hadisə barədə hələ ki, heç bir açıqlama verməyiblər.

Miqrant fəhlələr deyirlər ki, onlar Mitino rayonunda müvəqqəti olaraq evlərə konversiya edilmiş dəmir yolu qatarında yaşayırlar.

Bu artıq kütləvi hal alır

Son günlərdə Rusiyada çox sayda tacik miqrant və tələbələrin polis tərəfindən döyüldüyünə və saxlandığına dair xəbərlər gəlir.

Moskvanın Mojaysk rayonunda və Moskva vilayətinin Kotelniki qəsəbəsində ötən həftə onlarca tacik miqrant saxlanıb.

Rusiya mediasının yazdığına görə Kotelnikidə yerli sakinlər miqrantlardan şikayət ediblər.

Sakinlərin iddiasına görə burada tacikistanlı miqrantlar yerli məktəbliləri stadiondan çıxararaq özləri futbol oynamaq istəyiblər.

Mayın 24-də Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryev Tacikistan XİN-ə dəvət edilib.

Buna səbəb Komsomolsk-na-Amure universitetinin yataqxanasında 100-dək tacikistanlı tələbənin polis və FTX əməkdaşları tərəfindən döyülməsinə dair xəbərlər idi.

Bu hadisə mayın 19-da baş verib. Universitet rəhbərliyi bildirir ki, polis sadəcə olaraq tələbələrin sənədlərini yoxlamaq istəyib.

XS
SM
MD
LG