Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:26

Kiyev üzərində 30 dron və raketin vurulduğu bildirilir


Kiyevə hücumdan sonra
Kiyevə hücumdan sonra

Ukrayna rəsmiləri paytaxt Kiyevi hədəfləyən 15 raket və 21 dronun hamısının vurulduğunu bildirir.

Ukrayna Baş Prokurorluğunun iyunun 2-də açıqladığı məlumata görə, bir neçə istiqamətdən vurulan yaşayış məntəqələrində 68-yaşlı kişi və 11-yaşlı uşaq yaralanıb.

Kiyev ötən ay ərzində Rusiya aviasiyası tərəfindən 19 dəfə hücuma məruz qalıb.

+++

Ukrayna hakimiyyəti iyunun 2-də hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın paytaxt Kiyevə atdığı 30-dan çox dron və raketi vurduğunu bildirib.

Kiyev hərbi administrasiyasının rəhbəri Serhiy Popko deyib ki, potensial dağıntılar və itkilər barədə məlumat yoxdur.

15 qanadlı raket, 18 “Şahed”

“Bir gün öncəki ballistik raketlərdən sonra bu dəfə dronlar və qanadlı raketlərlə birgə hücum həyata keçirilib”, – Popko əlavə edib.

“Bu gecə düşmən zərbələrdə 15 qanadlı raketdən (növü dəqiqləşdiriləcək) və 18 İran istehsalı “Şahed” hücum PUA-sından istifadə edib”, – Baş Qərargah sosial mediada açıqlamasında bildirib.

“Müdafiəçilərimiz bu hava hədəflərinin hamısını məhv edib”, – deyə məlumatda qeyd olunur.

Kiyev meri Vitali Kliçko isə daha öncə iki ayrı hücum dalğası haqda məlumat vermişdi. O, Telegram-da xilasetmə xidmətləri üçün heç bir çağırış edilmədiyini bildirib.

"Artıq həyəcan siqnalından sonra paytaxtın Darnitsa rayonunda yolda yanan raket parçaları tapılıb. Xilasetmə və yanğınsöndürmə xidməti hadisə yerinə gedir", – Kliçko Teleqram-da yazıb.

Maydan intensivləşən hücumlar

Rusiya qoşunları mayın əvvəlindən Ukrayna şəhərlərinə, xüsusilə də Kiyevə hücumları intensivləşdirib.

Ukrayna paytaxtı ötən ay ərzində Rusiya aviasiyası tərəfindən 17 dəfə hədəfə alınıb.

Kiyev hərbi hakimiyyət orqanları iyunun 1-də raket parçalarının paytaxta düşməsi nəticəsində biri uşaq olmaqla üç nəfərin həlak olduğunu bildirib. Daha 11 nəfər yaralanıb.

Bu arada Rusiyanın regional hakimiyyət orqanları ölkənin qərbindəki Bryansk vilayətində iki kəndin Ukrayna qüvvələri tərəfindən atəşə tutulduğunu açıqlayıb.

Məlumatı müstəqil yoxlamaq mümkün olmayıb.

Region qubernatoru Aleksandr Boqomaz Telegram-da bildirib ki, hücumlarda heç kim xəsarət almayıb.

XS
SM
MD
LG