Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

Rusiya büdcəsinin neft-qaz gəlirləri 47 faiz azalıb


Tatarıstanda neft buruğu
Tatarıstanda neft buruğu

Bu ilin yanvar-iyun ayları ərzində Rusiya büdcəsinin neft və qaz gəlirləri azalaraq 3.38 trilyon rubla (34 milyard dollar) düşüb.

2023-cü ilin birinci yarısında büdcənin ümumi gəliri 12.38 trilyon rubl olub.

Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır. Büdcə xərcləri isə ötən illə müqayisədə 19 faiz artaraq 14.9 trilyon rubl olub.

Beləliklə birinci yarım ildə büdcə kəsiri 2.59 trilyon rubla çatıb. Son bir ay ərzində bu xərclər 816 milyard rubl azalıb. Bunun 500 milyard rublu Milli Rifah Fondundan çıxarılıb.

Rusiya Maliyyə Nazirliyi bildirir ki, neft-qaz gəlirlərinin azalması Rusiyanın Ural markasından olan neftinin ucuzlaşması və qaz ixracının azalması ilə bağlıdır.

Rusiya İqtisadiyyat Nazirliyi bundan əvvəl neft-qaz ixracının 2023-cü ildə 6.7 faiz azalacağını proqnozlaşdırmışdı.

Bu proqnoza görə sonrakı üç ildə ixrac, o da “dost ölkələrə” səmtləndirmə hesabına 2.9 faiz artmalıdır.

Bazarın itirilməsi

Avropa İttifaqı Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumuna görə 2022-ci ilin dekabrından Rusiya neftinə qiymət tavanı müəyyən edib.

Bundan iki həftə sonra Rusiya qazına da qiymət tavanı qoyulub.

Bu qaydaya görə Rusiya nefti bir barrel üçün 60 dollardan baha satıla bilməz.

Qiymət tavanının müəyyən edilməsinin və dənizlə daşınan Rusiya neftinə qadağanın ilk həftəsində Rusiyanın ixracı 54 faiz azalmışdı.

Bundan başqa Rusiya Yamal-Avropa və Şimal Axını 1 layihələrinin dayandırılması ilə bağlı boru qazı bazarının əhəmiyyətli hissəsindən məhrum olub.

Rusiya prezidenti Vladimir Putin bunlarla bağlı demişdi ki, Rusiya onun neftinə qiymət tavanı tətbiq edən ölkələrə neft satmayacaq.

XS
SM
MD
LG