Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:36

İranda pis qidalanmaya görə ‘fəlakət’ xəbərdarlığı


Tehranda bazar
Tehranda bazar

İranın Sosial Rifah Nazirliyinin keçmiş əməkdaşı gözlənən “humanitar fəlakət”lə bağlı kəskin xəbərdarlıq səsləndirib. Yeni açıqlanan bilgilər isə iranlıların yarıdan çoxunun, o cümlədən hər 6 uşaqdan birinin pis qidalanmadan əziyyət çəkdiyini üzə çıxarıb.

Nazirliyin Sosial Rifah Tədqiqatları Departamentinin keçmiş baş direktoru Hadi Musəvi Nik deyib ki, İran əhalisinin 57 faizi pis qidalanır və günə ən azı 2 min 100 kalorini qəbul etmir. Bu minimumu Dünya Bankı düşərgələrdə yaşayan qaçqınlar üçün müəyyənləşdirib.

Onun sözlərinə görə, yetərincə qidalanmayan əhalinin 14,5 milyonu uşaqlardır. Onların 10 milyonu 12 yaşdan aşağıdır. Bundan öncə açıqlanmış rəsmi rəqəmlərdə isə pis qidalanan uşaqların sayının 1 milyondan az olduğu deyilirdi.

Bahalanma

İranda insan haqlarının durumu və nüvə proqramına görə Qərbin sanksiyaları ölkə iqtisadiyyatını sarsıdıb. Üstəlik, yağışın az düşməsi kənd təsərrüfatı sektoruna ağır zərbə vurub.

Bütün bu amillər qiymətləri, xüsusilə də qırmızı ət kimi zülalla zəngin qidaları bahalandırıb.

İranda yoxsulluq səviyyəsi 2021-ci ildə əvvəlki illə müqayisədə kəskin artaraq 50 faizə çatıb. Bunu Əmək Nazirliyi hesabatında qeyd edirdi.

İranda həyat səviyyəsinin aşağı düşməsi, maaşların gecikdirilməsi ötən ilin yayından iğtişaşlar ilə nəticələnib. İranda əmək qanunvericiliyi işçilərin müstəqil həmkarlar ittifaqı yaratmaq hüququnu tanımır.

22-yaşlı Məhsa Əmininin sentyabrda baş örtüyünü guya düzgün taxmadığına görə polis nəzarətində ölməsi nümayişləri canlandırıb. Hakimiyyət isə narazılığı sərt tədbirlərlə yatırtmağa çalışıb.

XS
SM
MD
LG