Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:52

Rusiya Donetskə raket zərbələri endirib, çox sayda ölən var (Video)


Ukrayna, Pokrovsk şəhəri zərbədən sonra
Ukrayna, Pokrovsk şəhəri zərbədən sonra

Avqustun 7-də axşam saatlarında Rusiya qüvvələri Donetsk vilayətinin Pokrovsk şəhərində yaşayış evlərinə raket zərbəsi endiriblər.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, zərbə nəticəsində ölənlər və yaralananlar var:

"Rusiya Donbasdan yalnız sındırılmış və yandırılmış daş-kəsəyin qalmasını istəyir. İki raket zərbəsi endirilib. Adi yaşayış binalarına. Təəssüf ki, qurbanlar var. Xilasedicilər və müvafiq xidmətlər zərbə yerindədirlər. Adamların xilası davam etdirilir.”

Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib ki, Pokrovsk şəhərinə İskander tipli raket zərbəsi endirilib.

Zərbə nəticəsində beşmərtəbəli və doqquzmərtəbəli binalarda dağıntı baş verib.

AzadlıqRadiosunun videosuna bu linkdən bağlana bilərsiniz.

Bundan başqa şəxsi evlərə, otelə, iaşə müəssisələrinə, mağazalara və inzibati binalara ziyan dəyib.

Öz növbəsində Ukrayna Milli Polisinin verdiyi məlumata görə raket zərbəsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Ölənlərin arasında Donetsk vilayəti fövqəladə hallar baş idarəsinin rəis müavini Andrey Omelçenko da var. Həlak olanlardan beşi mülki sakin, biri hərbçidir.

Kirilenkonun sözlərinə görə yaralıların sayı 88-dir. Bunların arasında 31 polis, 7 xilasedici, iki hərbçi və 39 mülki var.

Ukrayna rejissoru Mstislav Çernov özünün Facebook səhifəsində yazıb ki, yaralılardan biri – polis nəfəri onun “20 gün Mariupolda” sənədli filminin qəhrəmanlarındandır.

Fövqəladə hallar idarəsi əməkdaşının ölümünü xidmətin rəhbəri Sergey Kruk da təsdiqləyib.

XS
SM
MD
LG