Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:52

Rusiya Qırmızı Xaç Cəmiyyətinin yükü Xankəndinə gedib


Rusiyanın Ağdamdan Xankəndiyə göndərməyə çalışdığı humanitar yardım maşını Bərdədə gözləyir
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Rusiyanın Ağdamdan Xankəndiyə göndərməyə çalışdığı humanitar yardım maşını Bərdədə gözləyir

Azərbaycan XİN yükün Xankəndinə keçdiyini təsdiqləyir

Rusiya Qırmızı Xaç Cəmiyyətinin (RQXC) göndərdiyi ərzaq və qeyri-ərzaq məhsullarının Ağdam-Xankəndi yolu vasitəsilə keçidinin təmin olunduğunu Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) də təsdiq ediblər.

Nazirliyin sözçüsü Ayxan Hacızadə deyib ki, "RQXC-nin göndərdiyi yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və irəliləyiş kimi qiymətləndiririk".

O əlavə edib ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd-buraxılış məntəqəsində sərhəd və gömrük prosedurlarına əməl etməklə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır: "Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimdir".

+++

Rusiya Qırmızı Xaç Komitəsinin Qarabağda yaşayan əhaliyə göndərdiyi ərzağın bu gün, sentyabrın 12-də Ağdamdan Xankəndiyə yola düşdüyü bildirilir.

Bu barədə Azərbaycanın yerli saytları məlumat yayıb.

Həmin məlumatlara görə, yük maşını sentyabrın 9-da Rusiyadan çıxaraq həmin gün Bərdə rayonuna çatmışdı. Lakin Qarabağdakı separatçıların liderlərinin ərzağı götürməkdən imtina etdiyi bildirilirdi. Yük maşını üç gün Bərdədə gözləyib. Halbuki hələ sentyabrın 11-də Qarabağdakı separatçı rejimin humanitar yardımların çatdırılması üçün Ağdam yolundan istifadəyə razı olduğu açıqlanmışdı. Separatçılar bunu belə izah ediblər ki, məqsədləri 'total blokada şəraitində kəskin humanitar böhranı yüngülləşdirməkdir".

Eyni zamanda, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 ton un avqustun 29-dan Ağdam-Xankəndi yolundadır, separatçılar ondan imtina edirlər.

Ermənistanın və Fransanın göndərdiyi humanitar yardımı isə Azərbaycan Laçın dəhlizindən buraxmayıb. Bildirib ki, Azərbaycanın icazəsi olmadan Qarabağa heç kəs özbaşına yardım göndərər bilməz.

Ötən ildən...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Üstəlik, Azərbaycan Laçın-Xankəndin dəhlizinə alternativ Ağdam-Xankəndi yolunu təklif etmişdi. Amma Qarabağdakı separatçılar bunu qəbul etmirdi.

Ermənistan rəsmiləri isə deyirlər ki, üçtərəfli bəyanatda Qarabağla əlaqə ilə bağlı yalnız Laçın dəhlizindən bəhs edilir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG