Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:39

Baydenin imzaladığı müvəqqəti büdcə qanununa Ukraynaya hərbi yardım salınmayıb


Ukrayna prezidenti Volodimir Zelenski Ağ evdə
Ukrayna prezidenti Volodimir Zelenski Ağ evdə

ABŞ Prezidenti Co Bayden (Joe Biden) müvəqqəti büdcə barədə qanunu imzalayıb. Qanun növbəti 45 gün ərzində hökumətin maliyyəşdirilmisini nəzərdə tutur. Ukraynaya hərbi yardım sənədə salınmayıb.

Bundan öncə qanun Nümayəndələr Palatasında təsdiqlənib. Əks halda, oktyabrın 1-dən, fövqəladə xidmətləri çıxmaqla, hökumət işini dayandırmalı, on minlərlə federal qulluqçu əmək haqları saxlanılmadan məzuniyyətə göndərilməli idi.

Bayden müvəqqəti büdcə qanununa mümkün şatdauna (hökumətin bağlanması) yarımca saat qalmış imza atıb. Beləliklə, 47 gün ərzində hökumətin xərcləri sentyabrın 30-da başa çatan maliyyə ili səviyyəsində saxlanılır.

Büdcə layihəsini Palatanın respublikaçı spikeri Kevin Makkarti (Kevin McCarthy) təqdim edib və Ukraynaya hərbi yardım oraya daxil deyil.

Bayden, Senatda respublikaçı və demokrat partiyasının təmsilçiləri bildiriblər ki, Kiyevin ona gərəkən yarıdımı almasından ötrü mümkün olanı edəcəklər.

AP yazır ki, bir sıra konqresmen Konqresdə Ukraynaya yardımın təsdiqlənməsinin getdikcə çətinləşdiyini etiraf edirlər.

300 milyon dollar layihədən çıxarılıb

Nümayəndələr Palatasındakı respublikaçıların təxminən yarısı ötən həftə Ukrayna hərbçilərinə təlim keçilməsi və silah alışı üçün nəzərdə tutulmuş 300 milyon dolların müdafiə xərcləri layihəsindən çıxarılmasına səs verib. Sonradan həmin məbləğ ayrıca təsdiqlənsə də, Ukraynaya dəstəyə qarşı çıxanların sıralarının artmasını qeyd ediblər.

K.Makkarti isə Ukraynaya əlavə yardımı qanun layihəsindən çıxarıb. Bununla da Senatın Ukraynaya 6 milyard dollarlıq paketinin yolu kəsilib. Bu, Ağ evin istədiyi məbləğin təxminən üçdə biri idi.

Hər iki partiyanın üzvləri baha başa gələcək hökumət şatdaunundan yayınmaq üçün Ukraynaya yardımın artırılmasından əl çəkiblər.

Demokratlar təsdiqlənən qanunda Ukraynaya yardımın olmamasından məyusluq bildiriblər, amma müharibə gedən bu ölkəyə yardım ayrılacağını qətiyyətlə dilə gətiriblər.

2022-ci ilin fevralından başlanan Rusiya işğalına cavab olaraq ABŞ Ukraynaya dörd raund yardım, 113 milyard dollara yaxın vəsaiti təsdiqləyib. Bu pulun bir hissəsi cəbhəyə göndərilən ABŞ hərbi avadanlığının komplektləşdirilməsinə xərclənib. Bayden avqustda Konqresi əlavə olaraq 24 milyard dollar ayırmağa çağırmışdı.

XS
SM
MD
LG