Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:48

Özbəkistan Prilepinin bəyanatlarına görə Rusiya səfirini XİN-ə çağırıb


Zaxar Prilepin
Zaxar Prilepin

Özbəkistan Rusiyanın ölkədəki səfiri Oleq Malginovu Rusiyanın “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının həmsədri Zaxar Prilepinin bəyanatına görə Xarici İşlər Nazirliyinə dəvət edib.

Prilepin ictimai tədbirlərdən birində Özbəkistan ərazilərini Rusiyaya birləşdirməyi təklif etmişdi.

Rəsmi məlumata görə Özbəkistan XİN-də keçirilən görüş zamanı səfir Malginovun “prinsipial şəkildə” nəzərinə çatdırılıb ki, “düşünülməmiş bəyanatlar təxribat xarakteri daşıyır və Özbəkistanla Rusiya arasında tarixən mövcud olmuş dost münasibətlərə mənfi təsir göstərə bilər”.

Məlumatda deyilir ki, Malginov “Özbəkistan Respublikasının suverenliyinin və ərazi bütövlyünün Rusiyada heç vaxt şübhə altına alınmadığını” bildirib.

Rusiya XİN-in məlumatında isə deyilir ki, “Prilepinin bəyanatları Rusiya rəhbərliyinin rəsmi mövqeyi ilə heç bir şəkildə bağlı deyil”.

Özbəklərə rus dilini Özbəkistanda öyrətmək

Zaxar Prilepin bu yaxınlarda özünün hərbi-siyasi təşkilatlarından birinin iclasında demişdi ki, Rusiyada vaxtaşırı yaranan miqrant problemlərini Rusiyaya yeni ərazilərin, o cümlədən Özbəkistan ərazilərinin birləşdirilməsilə həll etmək olar:

“Səmimi şəkildə inanıram ki, bizə bütün bu qastrobayterlərin gəldikləri əraziləri özümüzə birləşdirmək və bundan sonra adamlara rus dilini öyrətmək lazımdır. Yəni onlara burda yox, elə Özbəkistanda dərs deyək”.

Onun sözlərinə görə Ukraynadakı müharibədə qələbədən sonra artıq heç kim Rusiyanın “Avrasiyada faydalı bir iş görməsinə mane ola bilməz”.

O demişdi ki, Rusiya SSRİ-nin dağılması söhbətini daim qaldırmalıdır:

“Biz onlara deməliyik ki, bizim sizin ərazinizdə 2 milyon vətəndaşımız var və biz bu əraziyə iddia edirik”.

Avqust ayında Prilepinə Rosqvardiyanın Oplot alayı komandirinin müavini vəzifəsi verilib.

Onun sözlərinə görə bu alaya tezliklə ağır texnika veriləcək.

Media xəbərlərində deyilir ki, Oplot alayı Ukraynanın işğal edilmiş ərazilərində yerləşdiriləcək.

XS
SM
MD
LG