Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:43

Yerevan Zvartnots hava limanından çıxmaları üçün Rusiya sərhədçilərinə avqustun 1-dək vaxt verib


Ermənistan hərbi polisi Zvartnotsda
Ermənistan hərbi polisi Zvartnotsda

Ermənistan öz sərhədçilərini Yerevanın əsas beynəlxalq hava limanı – Zvartnotsdan çıxarması üçün Rusiya tərəfinə avqustun 1-dək vaxt verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyan bəyan edib.

Azatutyun yazır ki, iki ölkə arasında hərbi əməkdaşlıq razılaşmasına əsasən Rusiya sərhədçiləri onilliklərdir, Zvartnots hava limanında, habelə Ermənistanın Türkiyə və İranla sərhədləri boyunca yerləşdirilib.

Ermənistan hökuməti Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılmasına dair qərarını martın 6-da bəyan etmişdi.

Paşinyan deyib ki, Ermənistanın bu rəsmi tələbi ölkədəki Rusiya sərhədçilərinin komandanlığına çatdırılıb:

“Onlara məlumat verilib ki, Zvartnotsdakı Ermənistan sərhəd xidməti Rusiya tərəfinin köməyi olmadan sərhəd nəzarətini həyata keçirmək üçün kifayət qədər təcrübə və bacarıq əldə edib. Onlara (Rusiya sərhədçilərinə-red) 2024-cü ilin 1 avqustunadək vaxt verilib. Biz sərhəd xidmətimizi özümüz həyata keçirəcəyik”.

Kremlin sözçüsü Dmitri Peskov Ermənistan tərəfinin öz qərarı barədə Rusiyanı məlumatlandırdığını təsdiq edib. O bildirib ki, hazırda Rusiya və Ermənistanın müvafiq rəsmiləri bu məsələ ilə bağlı “təmasdadırlar”.

Moskvadan acıqlı reaksiya və Paşinyanın izahatı

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası sədrinin birinci müavini Viktor Bondarev bu barədə martın 7-də özünün teleqram kanalında yazmışdı:

“Bu, Paşinyan hökumətinin hələlik ən böyük qeyri-dost addımıdır. Bundan bu nəticəni çıxarmaq olar ki, bizi Ermənistanda artıq o qədər istəmirlər. Bu, əslində Ermənistanın sakit, lakin ardıcıl şəkildə qeyri-dostluğa doğru sürüklənməsi, KTMT-nin əsaslarından ayrılmasıdır”.

Bondarev deyib ki, bu ehtimalən Yerevanın Rusiyanın bütün sərhədçilərinin və bütün hərbçilərinin Ermənistandan çıxarılmasına oxuduğu prelüddür.

Millət vəkilinin fikrincə, bu, böyük eskalasiyaya səbəb olacaq.

Rusiya hərbi hava qüvvələrinin keçmiş komandanı Bondarev bu barədə yazmışdı:

“Mən Ermənistan hakimiyyətinə Rusiya qoşunlarının Ermənistandan çıxarılmasını heç ağlına belə gətirməməsəini tövsiyə edərdim”.

Paşinyan Rusiya hərbçilərinin Ermənistandan çıxarılması niyyəti barədə iddiaları təkzib edib və belə bir planın olmadığını deyib.

Xarici işlər naziri Ararat Mirzoyan ötən həftə demişdi ki, Rusiya sərhədçilərinin yalnız Zvartnotsdan çıxmaları tələb olunur.

XS
SM
MD
LG