Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:36

Ermənistanda demarkasiyaya etiraz edən sakinlər yolu açdılar


Tavuş mərzinin qubernatoru Hayk Qalumyan Kirants sakinləri ilə görüşdən sonra
Tavuş mərzinin qubernatoru Hayk Qalumyan Kirants sakinləri ilə görüşdən sonra

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın həmsərhəd Tavuş rayonunda Azərbaycanla sərhədin demarkasiyasına etiraz edən sakinlər Yerevan-Tbilisi dövlətlərarası magistralının Kirants-Voskepar hissəsini açıblar.

Xəbər verilir ki, etiraz edən yerli sakinlər mayın 17-də Tavuş mərzinin qubernatoru ilə görüşdən sonra yolu açmağa razılaşıblar.

Etirazçılar yolu dünən başğalamış bildirmişdilər ki, hakimiyyət nümayəndəsi ilə jurnalistlərin iştirakilə danışmaq istəyirlər.

Buna baxmayaraq görüş qapalı qapılar arxasında və otağa kameralar buraxılmadan keçirilib.

Sakinlərdən biri Azatutyuna deyib ki, əslində qubernator onlara yeni heç bir məlumat verməyib və belə görünür, demarkasiya prosesi nəzərdə tutulduğu şəkildə davam etdiriləcək.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən verdiyi müsahibədə dəqiqləşdirib ki, demarkasiya nəticəsində Kirants kəndi sektorunda bir ev, bir yaşayış binası, bir qaraj və mağaza Azərbaycan ərazisində qalacaq.

Kirants sakinləri kompensasiyadan da narahatdırlar

Hakimiyyət demarkasiya prosesində mülkiyyətini itirəcək sakinlərə ev və ya pul şəklində kompensasiya vəd edib.

Azatutyun bundan əvvəl yazırdı ki, sözü gedən tikililər üçün normal sənədləşdirmə aparılmayıb və ev sahiblərinin onlara mülkiyyət hüququ verən qəbələləri yoxdur.

Kirants sakinləri bu halda kompensasiyanın necə verilə biləcəyini sual edirlər.

Sərhədin Kirants sektorunda körpü problemi də var. Bu körpü demarkasiya nəticəsində Azərbaycan ərazisinə düşür. Söhbət Yerevan-Tbilisi yolunun Voskepar sektorundakı körpüdən keçir.

Ermənistan hakimiyyəti körpü probleminin həlli üçün növbəti iki ay ərzində yolun alternativ sektorunun tikiləcəyini vəd edib.

Azatutyunun yazdığına görə Kirants sakinləri bir də kənd təsərrüfatı torpaqlarından narahatdırlar. Bu sahələr Azərbaycanın nəzarətinə keçməsə də sərhədə bitişik olacaq. Bu torpaqlarda əkin-biçin işlərinin təhlükəsiz bir şəkildə necə aparıla biləcəyi məlum deyil.

Paşinyan hökuməti prosesdən məmnundur

Baş nazir Nikol Paşinyan Azərbaycanla əldə olunmuş sərhəd razılaşmasını “böyük nailiyyət” adlandırıb.

Paşinyan mayın 16-da keçirilən hökumət müşavirəsində bu barədə deyib:

“Müstəqillik əldə edəndən bəri ilk dəfə olaraq ölkəmizin delimitasiya edilmiş sərhədi var. Bu, təhlükəsizlik və sabitliyi nəinki sözü gedən kəndlərdə, hətta bütünlüklə Ermənistan-Azərbaycan sərhədi boyunca təmin edəcək”.

Baş nazirin ofisindən verilən məlumatda deyilirdi:

"Kirantsın üç koordinatı kompüterləşdirilib və daha sonra bura sərhəd dirəkləri vurulacaq. Kirants üçün yaxşı xəbər budur ki, son 33 ildə kitantslılar üçün əlçatmaz olan 25 hektarlıq kənd təsərrüfatı əhəmiyyətli torpaq kəndə qaytarılacaq”.

Erməni keşiş Paşinyana qarşı. Yerevan etirazları
Gözlə

No media source currently available

0:00 0:07:52 0:00

Bundan əvvəl

Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib.

Görüş iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə gerçəkləşib.

Xəbərdə bildirilir ki, tərəflər bundan əvvəl aprelin 19-da gerçəkləşən görüşün protokoluna uyğun olaraq görülmüş işləri müzakirə ediblər:

“... Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ Silahlı Qüvvələri Baş Qərargahının... 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.”

Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunurdu.

Komissiyaların bundan əvvəl ötən ay gerçəkləşən görüşündə Azərbaycan və Ermənistanın delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacağının razılaşdırıldığı açıqlanmışdı.

Qeyd edildiyinə görə, tərəflər ona uyğun olaraq Azərbaycanın nəzarətində olmayan həmin bəhs edilən 4 kəndin geri qaytarılmasını razılaşdırmışdılar.

Azərbaycan buna qədər ümumilikdə 8 kəndinin, Ermənistan isə 31 kəndinin ərazilərinin işğalda qaldığını bildirirdi.

Gədəbəy sakinləri: 'Ermənilər ilə sıx alver edirdik'
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG