Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:34

Moldova Avropa İttifaqı ilə müdafiə əməkdaşlığı paktı imzaladı


Avropa İttifaqı xarici işlər komissarı Jozep Borrel və Molovanın baş naziri Dorin Reçan
Avropa İttifaqı xarici işlər komissarı Jozep Borrel və Molovanın baş naziri Dorin Reçan

Moldova mayın 21-də Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığa dair razılaşma imzalayıb.

Bu, hər hansı ölkənin Aİ ilə imzaladığı bu qəbildən ilk sənəddir.

Avropa İttifaqı xarici işlər komissarı Jozep Borrel X platformasında bildirir ki, Moldova Aİ ilə belə bir razılaşma imzalayan ilk ölkə olub:

"Bu əməkdaşlıq ölkənin dayanıqlığını möhkəmləndirəcək və təhlükəsizliyin ümumi məsələlərini birlikdə həll etmək, qarşılıqlı fəaliyyətimizi səmərəliləşdirmək və əməkdaşlığın yeni sahələrini aşkar etmək imkanı verəcək”.

Bu da xəbər verilir ki, imzalama mərasimi Brüsseldə Molovanın baş naziri Dorin Reçan və onun Avropaya inteqrasiya məsələləri üzrə müavini Kristina Gerasimovanın başçılıq etdiyi nümayəndə heyətinin iştirakilə keçirilib.

AzadlıqRadiosunun Moldova xidməti razılaşmanın mətni ilə tanış olub.

Bu sənədə görə Moldova əgər istəyərsə, Avropa İttifaqının qonşu ölkələrdəki böhranlara reaksiyası üçün yaradılmış yeni strukturunda iştirak edə bilər.

Ən geniş müdafiə və təhlükəsizlik əməkdaşlığı

Başqa əməkdaşlıq sahələri arasında mülki müdafiə, geniş informasiya mübadiləsi, kibertəhlükələrlə mübarizə, Moldovaya BMT-də daxil bütün beynəlxalq platformalarda maraqlarının müdafiəsində köməklik yer alıb.

Sənəddə qeyd olunur ki, Moldova Avropa İttifaqının müdafiə sahəsində layihələrinə qoşula bilər.

Razılaşmada habelə Aİ-nin Moldovaya özünün sərhədlərininn mühafizəsində, qanunsuz miqrasiya və insan ticarətinə, həmçinin mütəşəkkil cinayətkarlığa və silah qaçaqmalçılığına qarşı mübarizəsinə dəstək verəcəyi bildirilir.

AzadlıqRadiosunun Moldova xidməti yazır ki, bu razılaşmadan əvvəl, xüsusilə də Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin ardınca Moldova və Aİ təhlükəsizlik və müdafiə sahəsində bir sıra müştərək addımlar atıblar.

Avropa və NATO-ya inteqrasiya kursu

Ərazisi Rumıniya ilə Ukrayna arasında yerləşən Moldovaya hazırda qərbyönlü prezident Mayya Sandu başçılıq edir.

Onun hökuməti Avropa İttifaqı və NATO ilə inteqrasiya kursu yürüdür.

Sandu Rusiyanın Ukraynaya müdaxiləsini qətiyyətlə pizləyib.

O deyib ki, Rusiya Moldovada, o cümlədən seçkilərə müdaxilə etməklə ölkədaxili vəziyyəti sabitsizləşdirməyə çalışır.

Rusiya Moldovanın Dnestryanı separatçı bölgəsində öz silahlı qüvvələrini saxlayır.

Prezident Sandu dəfələrlə bu qoşun hissələrinin ölkədən çıxarılmasını tələb edib.

XS
SM
MD
LG