Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:49

Koçaryanı həbsdən azad edən hakimin səlahiyyətləri alınıb


Anna Danibekyan
Anna Danibekyan

Ermənistan Ali Məhkəmə Şurası keçmiş prezident Robert Koçaryanın cinayət işinə baxmış hakim Anna Danibekyanın səlahiyyətlərini ləğv edib.

AzadlıqRadisounun Erməni xidməti – Azatutyunun yazdığına görə beləliklə Ali Məhkəmə Şurası iyulun 16 Danibekyanın səlahiyyətlərinin ləğv olunmasına dair ədliyyə naziri Qriqor Minasyanın vəsatətini təmin edib.

Bu barədə qərarı iyulun 16-da Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan elan edib.

Bu da qeyd olunur ki, Anna Danibekyan şuranın iclasında iştirak etmirdi.

Qərarda qeyd olunur ki, hakim Danibekyanın səlahiyyətləri onun tərəfindən ciddi intizam pozuntuları ilə bağlı dayandırılıb.

Anna Danibekyan “1 mart işi” əsasında icraata götürülmüş cinayət işinə baxırdı.

Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Danibekyan səhlənkarlıq edərək Koçaryan barəsində prosesi uzadıb, dinləmə iclaslarını təxirə salıb və təhqiqatın vaxtında yekunlaşması üçün lazımi alətlərdən istifadə etməyib. Bütün bunların nəticəsində 2023-cü ilin dekabrında ittiham vaxtının keçməsinə görə işə xitam verilib.

4 il, 4 ay davam edən istintaq

Ali Məhkəmə Şurası qeyd edib ki, Robert Koçaryan barəsində cinayət işi istintaqa cəlb edilmiş şəxslərin fikrincə cinayətin ağırlığına görə müstəsna əhəmiyyətə malik idi.

Bəyanatda deyilir ki, bu səbəbdən Danibekyan Ermənistan Respublikasının məhkəmə-hüquqi praktikasında ən mühüm işlərdən birinin ona etibar edildiyini anlamalı idi.

Amma nəticədə məhkəmə prosesi 4 il 4 ay davam edib ki, bu da işə xitam verilməsi ilə başa çatıb.

Məlumatda bu da vurğulanır ki, Anna Danibekyan işin uzadılması məqsədi ilə verilən bir-birinə bənzər vəsatətlərin qarşısını almayıb.

Sənəddə deyilir ki, hakimin fəaliyyətsizliyinə görə Robert Koçaryana qarşı ittihamın müddəti qurtarıb və beləliklə də ölkə məhkəmə hakimiyyətinin nüfuzuna ağır zərbə vurulub.

1 mart 2008-ci il hadisəsi

Ermənistan Xüsusi İstintaq Xidməti 2018-ci ilin 26 aprelində Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamını irəli sürmüşdü.

Robert Koçaryan 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrdə ittiham edilirdi.

Keçmiş prezident bu ittihamın “qondarma və siyasi motivli” olmasını bəyan etmişdi.

Ermənistanda 2008-ci ilin prezident seçkisindən dərhal sonra, fevralın 19-dan başlayaraq minlərlə insan seçki nəticələrinə etiraz edirdi.

Əsasən prezidentliyə namizədlərdən biri, keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarlarından ibarət etirazçılar başqa bir əslən qarabağlı Serj Sarkisyanın saxtakarlıqla qalib gəldiyini bildirirdilər.

Tənqidçilərin fikrincə, bu seçkidə hakimiyyət faktiki olaraq Qarabağ klanının bir nümayəndəsindən başqasına ötürülürdü.

O vaxtın müxalifət liderlərindən Nikol Paşinyan 2008-ci ilin 1 martında mitinqdə çıxış edir
O vaxtın müxalifət liderlərindən Nikol Paşinyan 2008-ci ilin 1 martında mitinqdə çıxış edir

Nəhayət günlərlə davam edən etirazların əsnasında, martın 1-də polis və təhlükəsizlik qüvvələri gecələri Azadlıq meydanında qurulmuş çadırlarda keçirən etirazçılara dəyənəklər və elektroşokla hücum etmişdilər.

Belə bir ehtimal da irəli sürülürdü ki, etirazın yatırılması üçün Yerevana Qarabağdan separatçı ordunun birləşməsi gətirilmişdi.

Toqquşmalar zamanı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu. 200-dən çox nümayişçinin xəsarət aldığı və yaralandığı xəbər verilirdi. Xeyli sayda insan yoxa çıxmışdı.

Hadisənin ardınca Levon Ter-Petrosyan faktiki olaraq ev dustağı edilmişdi. Hələ də prezident kürsüsündə qalan Robert Kocharyan fövqəladə vəziyyət elan etmişdi.

XS
SM
MD
LG