Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:41

Cəlil Məmmədquluzadə "Bəlkə də qaytardılar" (Hekayə)


Yay fәslini iki dәfә mәn Bakıda keçirmişәm. Mәlum ki, istidәn yayda evdә oturmaq olmur, hamı tökülür bulvara. Mәn dә qeyri yaranmışlar kimi hәr gün bulvara çıxmışam; çünki dәryanın sәrin yerindәn savayı Bakının istisindәn qeyri bir nicat yoxdur.

Vә hәr gün bir vaxt bulvara gәlәndә gözüm o üzdә-bu üzdә olub ki, dost-aşnaya rast gәlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilә nә gәzmәyә macal vә nә әylәnmәyә yer tapmaq olur. Onun üçün dә mәn bulvara gündüzlәr gәlәrdim vә asudәliklә gәzib-dolanıb axşamlar daha mәnzilimә istirahәtә qayıdardım. Bir surәtdә ki, daha bağ vә bağçalarda gecәlәr qadınlarla ovqat zay elәmәyә mәndә daha, vallah, hövsәlә qalmayıb.

Gündüzlәr bulvarda rast gәldiklәrim özüm kimi qәlәm sahiblәrindәn vә teatr xadimlәrindәn olurdu.

* * * * *

Dörd-beş il bundan qabaq Bakıda, yay fәsli, bulvarda gәzәn vaxt tez-tez bir belә hala rast gәlirdim: bulvarın dalda yerindә, Naberejni küçәyә tәrәf, ağacların dibindә dörd nәfәr müsәlman görәrdim vә mәn bunların qabağından keçәndә çox vaxt bunların birinin әlindә ruznamә görәrdim vә qalan üç nәfәri bunun ruznamә oxumağına qulaq asan görәrdim. Amma mәnә bir şey burada qәribә görünәrdi. Nәzәrimә belә gәlәrdi ki, bunlar suçlu adam kimi tez-tez o tәrәfә-bu tәrәfә zәnn edirlәr; guya bir kәsdәn ehtiyatları var vә ya bir adam gözlәyirlәr.

Axırda iş açıldı, mәn bunları tanıdım, tanış da oldum vә hәtta müsahib dә oldum. Vә bunları tanımağım vә dost olmağım bu minvalla әmәlә gәldi.

Bir gün, hәtta tarixi dә yadımdadır ki, min doqquz yüz iyirmi üçüncü ilin iyun ayının 12-sindә Türk Tәnqid-tәbliğ Teatrında xidmәtdә olan mәşhur Azәrbaycan artisti Balaqәdәşi bir işdәn ötrü axtarırdım. Evә getdim -- yoxdur. Çıxdım bulvara ki, bәlkә orada görәm. Cәmiyyәt az idi; çünki qulluq vaxtı idi. Dәrya kәnarı ilә bir baş dolandım vә çöndüm indiki tramvay küçәsinә tәrәf vә uzaqdan gördüm ki, haman dalda yerdә dörd nәfәr hәmişә gördüyüm adamlar oturublar. Mәn istәdim qayıdam, bulvardan çıxam; çünki, doğrusu, bunlardan daha bәdgüman olmuşdum. Allah rast saldı, Balaqәdәş uzaqdan mәni görüb gәldi yanıma. Mәn hәr bir

danışıqdan qabaq Balaqәdәşә haman dörd nәfәri nişan verib soruşdum ki, bәlkә o onları tanıdı (Balaqәdәş Bakılıdır). Balaqәdәş o tәrәfә diqqәtlә baxandan sonra başladı gülmәyә vә mәnә dedi:

"Aha.... Molla әmi, yaxşı oldu. Sәni gәrәk aparam onların yanına." -- Dedim:

"Getmәrәm."

Balaqәdәş dik baxdı üzümә vә genә dedi:

"Sәn ölәsәn, onlarda qiyamәt var. Gәrәk sәni onlarla tanış elәyәm."

Әvvәl mәn dayandım vә getmәk istәmәdim; amma artist rәfiqim başladı әlimdәn çәkmәyә. Bir az yavıqlaşdıq. Oturanların biri ayağa durdu vә Balaqәdәşi sәslәdi. Yetişdik, salam verdik, hamısı qalxdılar ayağa vә bizә öz yerlәrini tәklif etdilәr. Әylәşdik.

Balaqәdәş mәnim barәmdә onlara belә müәrriflik etdi:

"Bu mәnim әziz vә qәdim dostum Molla Nәsrәddin әmidir ki, hәtta bunun o mәzәli jurnalını neçә dәfәlәrlә gülә-gülә oxumusunuz vә oxuya-oxuya gülmüsünüz."

Hamısı diqqәtlә üzümә baxırdılar vә "bәli, bәli" deyirdilәr. Bundan sonra Balaqәdәş üzünü mәnә tәrәf tutub onları da bu cür başladı mәnә tanıtmağa:

"Molla dadaş, sәn bu namәrd dünyanın işinә bax ki, bu әylәşәn dostlarım bir-iki il bundan qabaq hәrәsi bir neçә milyona pul demirdi. Amma indi allahdan gizli deyil, sәndәn niyә gizli olsun ki, Şura hökumәti indi bu biçarәlәri papiros puluna möhtac elәyibdi. Ay namәrd dünya!" -- Vә burada Balaqәdәş başladı bu "bәdbәxtlәrin" adını bir-bir sadalamağa. Bunun rәvayәtindәn mәlum oldu ki, bunların biri bakılı Hacı Hәsәndir ki, Oktyabr inqilabından qabaq onun Bakıda 14 karvansarası vә 137 tikilisi vardı ki, indi hökumәt hamısını әlindәn alıb vә bu qoca kişini indi yomiyyә ruzusuna hәsrәt qoyub.

"Onun yanında oturan sabunçulu Umudbәyovdur ki, eşitmiş olarsan; çünki onu tanımayan yoxdur. Onun qabaqlarda ildә yarım milyon tәk bircә neftdәn mәdaxili olardı. Bu tәrәfdә әylәşәn vә ruznamә oxuyan cavan mәşhur milyonçu vә un taciri Tәlәfxanbәy oğludur ki, bunu da gәrәk eşitmiş olasan. Rusiyanın hәr bir böyük şәhәrindә bunun atasının böyük-böyük dәyirmәnlәri vardı vә neçә paraxodu. Bax, hәlә bu dәryada işlәdiyini mәn özüm görmüşәm. Bax, mәnim bu yanımda oturan da mәnim köhnә dostum vә Gәncә mülkәdarı Hacı Sultandır ki, Nikolay vaxtında nәr-nәr nәrildәyirdi vә Martınov qradonaçalnikә küçәdә elә bir şallağ vurdu ki, sәsi düz Peterburğa getdi çatdı. Genә o vәdә Hacı Sultan ağaya bata bilmәdilәr. Gәrәk axı eşitmiş olasan."

Balaqәdәş bu sözlәri deyib qurtardı vә sonra oturanlara tәrәf әyilib, yavaşca onların birinә belә dedi:

"Hacı Hәsәn ağa. Heç bir zәrrә qәdәr fikir elәmәyin. Siz ölәsiniz saxlaya bilmәyәcәklәr, hamısını qaytaracaqlar."

Mәn burada Balaqәdәşdәn soruşdum ki, o nәyi deyir "saxlaya bilmәyәcәklәr" vә "kim saxlaya bilmәyәcәk"?

Artist rәfiqim mәnә belә cavab verdi:

"Molla әmi, bax, bugun ayın neçәsidir?" Bәli, on ikisi deyilmi? Yadında saxla, bax, söz burada qalsın (sәsini bir qәdәr alçaqlatdı). Dostlarımın işini xarab görürәm. İngilislәr bәrk yapışıblar Çiçerinin yaxasından vә deyirlәr: ya borcunu ver, ya çәkil kәnara!

Mәn burada gördüm ki, tәzә tanışlarım Balaqәdәşin sözlәrinә elә ürәkdәn şadlanırlar ki, guya bunlara bir böyük müjdә xәbәri gәtiriblәr.

Mәn bir söz demәdim; sәbәb bu ki, bu tәzә tanış olduğum adamları indi birinci dәfәdir ki, görürdüm.

Balaqәdәş genә üzünü oturanlara tәrәf tutdu vә dedi:

"Tәlәfxanbәyzadә! Deyәsәn sәndә tәzә xәbәr var! Mәn görürәm ki, qәzetә çox diqqәtlә baxırsan. Hәr nә sözün var, de vә Molla әmidәn yana arxayın ol. Oxu görәk nә var, nә yox."

Tәlәfxanbәy oğlu әtrafa baxandan sonra yavaşca mәndәn soruşdu:

"Molla әmi, -- bugunkü xәbәri sәn eşitmisәn?" -- Dedim:

"Hansı xәbәri?" -- Dedi:

"Bәs ingilis hökumәtinin Moskvaya verdiyi notasından xәbәrin yoxdu?" -- Dedim:

"Xeyr, xәbәrim yoxdu."

Tәlәfxanbәy oğlu genә әtrafına diqqәt edәndәn sonra cibindәn bir әzik qәzet çıxartdı. Baxdım ki, bu hәmin Bakıda çıxan "Raboçi" qәzetidir.

Balaqәdәş Tәlәfxanbәy oğluna tәrәf yavıqlaşıb yavaşca dedi:

"Qorxma, adam-zad yoxdu. Oxu görәk nә xәbәr var?"

Tәlәfxanbәy oğlu başladı qәzetin bir yerindәn oxumağa. Orada belә yazılmışdı: İngilis parlamanında Lord Kerzondan әmәlәlәr nümayәndәsi Matruş sual edir ki, aya, hal-hazırda İngilis vә Şura münasibәti nә surәtdәdir? Vә Lord Kerzon Matruşa belә cavab verib: "Bir surәtdә ki, Şuralar hökumәti çar hökumәtinin borcu barәsindә müәyyәn bir vәziyyәtdә bulunmağa yavıqlaşmır, ingilis vә Şura münasibәtinin dә aydınlaşmaq ümidvarlığı hәlә çox uzaq görünür".

Әylәşәnlәrin bir-ikisi sevincәk dedi:

"Gördün? A kişi, vallah, çox çәkmәyәcәk!"

Balaqәdәş, -- neçә ki, hәmişә teatr sәhnәsindә camaatın qabağında mükalimәdә olubdur, burada da oturanlara üzünü tutub, -- şairanә bir halәtdә deyirdi:

"Bax, mәn vaxt qoymuşam: payızın orta ayına kimidir. Ondan artıq çәkmәz."

Hamı yavaşcadan bir sәslә dedi:

"Insallah, insallah!...."

Bir yarım saata qәdәr burada әylәşdik vә axırı bu növ söhbәtlәrdәn sonra bir-birimizә "inşallah" deyә-deyә ayrıldıq.

Bu minvalla hәmin dörd әks-inqilabçılarla mәn müsahib oldum. Çün bunlar bilirdilәr ki, mәnim әyalımın 4.000 desyatin sulu yerini hökumәt alıbdır, bu sәbәbdәn mәni özlәrinә hәmdәrd qәrar verib, heç bir sirri vә heç bir tәzә xәbәri mәndәn gizlәmirdilәr. Vә hәrdәn bir, bulvarda mәnә rast gәlәndә mәni çox iltifatla saxlardılar, öz yanlarında әylәşdirәrdilәr vә söhbәtә tutardılar.

Mәn bunu deyә bilmәrәm ki, bu dörd nәfәr müsahibin mәclisi mәndәn ötrü o qәdәr dә şirin idi, amma onlarda olan qәribә-qәribә xәbәrlәrdәn dә keçә bilmirdim; mәsәlәn: Polşa hökumәtinin qoşunu Şuralar torpağını keçib, bir neçә şәhәrini alıbdır. İngilis gәmilәri gәlib dayanıb Arxangelski şәhәrinә. Antanta hökumәtlәri müttәfiqәn Şuraları әhatә ediblәr. Moskvanın özündә çox böyük vә pünhan daxili qarışıqlıqlar var....

Bir gün genә dostlarım bulvarda mәni görüb öz yanlarına dәvәt elәdilәr:

"Hә, Molla әmi, bәlkә sәndә bir tәzә xәbәrdәn zaddan ola?...."

Mәn dedim ki, qәzetlәrdә yazılandan savayı bir şey bilmirәm.

Umudbәyov istәdi ki, bir söz desin, amma o tәrәfә-bu tәrәfә baxıb dayandı. Üç-dörd şkol uşağı oynaşa-oynaşa keçirdilәr. Umudbәyov genә әtrafa baxandan sonra mәndәn soruşdu:

"Bәs, Molla әmi, sәn bu qәzetlәri ki, oxuyursan, bәs o yazılardan heç bir işarә çıxartmırsan?" -- Dedim:

"Bilmirәm, nәyi deyirsәn?"

Umudbәyov genә cibindәn bir әzik qәzet çıxartdı. Haman "Raboçi" qәzeti idi vә başladı bir yerindәn oxumağa:

""Azәrneft müdiri Serebrovski gedir Amerikaya, oradan tәzә ixtira olunmuş buruğ maşınları alıb gәtirsin"."

Mәn dedim ki, bundan mәn bir işarә anlamıram. Umudbәyov bir az gülә-gülә mәni belә başa saldı:

"Molla әmi, Serebrovski Amerikaya buruğdan ötrü getmir; gedir Bakı neft mәdәnlәrini satsın Amerika milyonçusu Rokfellerə."

Qalan üç nәfәr müsahib dә bunu tәsdiq elәdilәr vә mәndәn dә soruşdular: "Ağlın nә kәsir?" -- Dedim:

"Ağlım bir şey kәsmir."

* * * * *

Bәxtlәrindәn şikayәtçi dörd nәfәr müsahiblәrimlә axırıncı görüşmәyimiz yadımdan çıxmır. Bir gün gәzә-gәzә mәn dә bulvara vә artist rәfiqim Balaqәdәş dә bulvara çıxdıq. Biz orta xiyabanda görüşüb, bir baş gәzdik vә istәdik әylәşәk burada. Uzaqdan gördük ki, politkaşünas hәriflәr haman dalda yerdә genә әylәşib söhbәtdәdirlәr. Balaqәdәş qah-qahla gülә-gülә mәni genә onlara tәrәf çәkmәyә başladı vә mәn hәvәslә tabe oldum vә getdik. Hәmişәki kimi xoş-beş.... Әylәşdik.

Bu gunkü tәzә xәbәr dә bu idi ki, әvvәla, Lord Kerzon Çiçerinə genә tәzә bir "ultimatum" verib vә ikinci xәbәr dә bu idi ki, ingilis hәrbi gәmilәri Batumun qabağında üzmәkdәdir vә güman aparmaq olar ki, Batumu bugun-sabah topa tutalar vә әhali dә qaçır osmanlı torpağına.

Bir qәdәr dә bu növ danışıqlardan sonra mәn durdum ayağa, Balaqәdәş dә mәnә baxdı vә hәr ikimiz qalanlarla xudahafiz elәdik vә burada Hacı Hәsәn ağa mәnim әlimi sıxanda belә dedi:

"Eh, allah kәrimdir, bәlkә dә qaytardılar."

Bu bir neçә söz ki, mәn onu biçarә Hacı Hәsәndәn eşitdim, mәnim üçün bir yadigar qaldı vә bizlә onların mabeynindә bir tarix oldu. Vә dörd nәfәr müsahiblәrimizdәn ayrılıb, bulvarın orta xiyabanına çönәndәn sonra, artist rәfiqim Balaqәdәş -- necә ki, hәmişә sәhnәdә oxuyub oynamağa adәt edibdir, -- öz-özünә çıtmığı tutdu vә bir neçә yad adamın gözünün qabağında oxuya-oxuya vә çıtmıq çala-çala düşdü oynamağa vә oynaya-oynaya belә oxuyurdu:

Bәlkә dә qaytardılar,
Bәlkә dә qaytardılar.

Hәr ikimiz gülә-gülә bulvardan çıxdıq vә Parapet bağında ayrıldıq.

Balaqәdәş daldan mәni çağırdı, mәn buna çönüb baxanda zalım oğlu burada da bir dәfә dedi: "Bәlkә dә qaytardılar". Mәn dә gülә-gülә getdim mәnzilimә.

Axır söz

Daha mәnim ümidim kәsilir vә mәnim kimilәr dә çoxları daha mәyus olub, hәrә yavaş-yavaş özünә iş axtarmağa başlayır. Yoxsa, bir vaxt vardı ki, mәn dә vә mәnim dörd nәfәr hәmsöhbәtlәrim dә hәr gün vә hәr saat müntәzir idik vә qulağımız sәsdә idi ki, bax, bugun-sabah iş bir tәhәr olacaq ki, mәnim әyalımın da 4.000 desyatin sulu torpağını özümә qaytaracaqlar vә mәnim bu dörd nәfәr bulvar müsahiblәrimin dә milyonlara dәyәn әmlakını vә neft mәdәnlәrini özlәrinә qaytaracaqlar. Gözlәdik, gözlәdik ... axırı bir şey olmadı. Hәr gün görüşüb danışırdıq, qәzetlәri qurtdalayardıq ki, bәlkә bir işarә tapaq. Avropadan vә Türkiyәdәn gәlәndәrdәn xәbәr tutardıq ki, bәlkә bir tәrәfdәn gәlәlәr vә işlәri qaydaya qoyalar. Yoxsa, vallah, insaf vә mürüvvәtdәn kәnardır ki, Ağa bәyin, ya Çahangir xanın on min desyatinindәn özünә barı min desyatin dә vermәyәlәr; ya Musa Nağıyevin iki yüz otuz yeddi әla tikilisini әlindәn alasan vә onun varisinә, barı 5-10 ev qaytarıb vermәyәsәn ki, zәhmәtә adәtkәrdә olmamış o biçarә zәhmәt çәkmәyә mәcbur

olmasın vә camaat içindә xәcalәt çәkmәsin.

Vә müxtәsәr hәmin müsahiblәrimlә tez-tez görüşüb danışardıq, dәrdlәşәrdik, bir-birimizә ürәk dirәk verәrdik vә hәmişә ayrılanda da ümidvarlıqla ayrılardıq ki, inşallah, muradımıza çatarıq vә inşallah, şayәd iş elә gәtirdi ki, bәlkә mülk vә maaşımızı qaytardılar özümüzә.

"Bәlkә dә qaytardılar". -- Bu idi gecә-gündüz bizim dilimizdә әzbәr olan sözlәr.

İndi dә ki, Şura hökumәti öz yerindә durub vә indi daha mәn vә mәnim sabiqdә dövlәtmәnd dörd nәfәr müsahiblәrim dәxi hәr yandan ümidimizi kәsdik vә indi dә dörd min desyatin sulu torpağın qәdim sahiblәrinә qaytarılmağını, 117 tikilinin öz sahibinә qaytarılmağını vә 14 paraxodun vә neft mәdәnlәrinin köhnә sahiblәrinә qaytarılmağını Vahid kimi şairlәr nәzmә çәkiblәr; musiqi bәstәkarları da haman şerlәri notaya düzüb musiqiyә salıblar vә hәr ziyafәt mәclisindә vә hәr bir toyda vә qonaqlıqda sazәndә vә nәvazәndәlәr çalırlar vә xanәndәlәr dә oxuyurlar:

Bәlkә dә qaytardılәr,
Bәlkә dә qaytardılar.

Cavanlar da çıtmıq çırtırlar.
XS
SM
MD
LG