Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:35

Üzeyir bəy Hacıbəyli. Fələk, evin yıxılsın!


Belә rәvayәt elәyirlәr ki, Stolıpinlәr vә sair ministirlәr birinci dumanı dağıtdıqlarına görә, çox böyük peşiman olub, әllәrini dizlәrinә çırpırlar vә hәrdәn deyirlәr: vay, fәlәk, evin yıxılsın, bu nә iş idi ki, bizim başımıza gәtirdin!

Fәlәk dә deyir ki, balam mәn nә qayırım, әvvәlinci dumanı dağıdan da siz oldunuz, ikinci dumanı yığan da.

Ministirlәr dә başlarını aşağı salıb, qәm vә kәdәrlә deyirlәr: Axı, biz nә bilirdik ki, ikinci duma belә yaman olacaq. Fәlәk dә cavab verir ki, indi ki, siz heç zad bilmirsiniz....

Daha fәlәyin o biri sözlәrini hәlә eşitmәk mümkün deyil, çünki burada "hürriyyәti-mәtbuat"ın axır-uxurudur!

* * * * *

Axır-uxur dedim, yadıma dünyanın axırı düşdü.

Bәli, İtaliya münәccimlәrinin demәyinә görә, 5-6 gündәn sonra qiyamәt bәrpa olacaqdır. Ancaq bu xәbәr doğru da olsa, heç bundan qorxmaq lazım deyil. Çünki bizim ölümdәn qorxmağımız o sәbәbdәndir ki, biz hamımız xudpәsәnd vә paxıl adamlarıq. Deyirik: heç rәvadırmı ki, mәn ölüm, amma Mәmmәdcәfәr yaşasın?!

Amma qiyamәt bәrpa olsa, ta Mәmmәdcәfәr dә diri qalmaz vә biz hamımız yoldaşlıq ilә ölәrik. O ki, qaldı bizim iş-gücümüzә, nә olar, onları o dünyada da görmәk olar. Çünki bizim işlәrimizә baxılsa, bizdәn ötrü o dünya ilә bu dünyanın heç bir tәfavütü yoxdur.

* * * * *

Әlәlxüsus, hökumәt üçün o dünya ilә bu dünyanın heç bir tәfavütü yoxdur. Odur ki, indi işlәrini heç әldәn buraxmayıb, yenә asdırmaqda, kәsdirmәkdә, aramaqda, axtarmaqdadır.

Mәsәlәn, srağagün Bakı hökumәtinin könlünә adam axtarmaq hәvәsi düşmüşdü. Bilmirdi ki, hara getsin vә kimi axtarsın.

Fikir elәdi, elәdi, axırda alnına vurub dedi: hә, bildim! Vә yola düşüb getdi vә gәlib "İslamiyyә" mehmanxanasına yetişdi vә xalqı axtarmağa başladı. Vә mәn dә orada idim, mәni dә axtardı vә xalqa çox әziyyәt verdi vә axtarmamış yer qoymadı vә xalqın yorğan-döşәyini eşәlәyib, az qaldı ki, balışların vә mütәkkәlәrin bağırsaqlarını çıxarsın vә heç nә tapmadı. Ona görә bәrk acığı tutdu vә istәdi ki, mehmanxananın çәngәl-bıçaqlarını aparsın, amma çәngәl-bıçaqla xörәk yeyildiyinә görә vә xörək yemәkdә dә xilafi-hökumәt bir şey olmadığına görә, әliboş getmәkdәn savayı bir әlac tapmadılar.

İndi bilmirәm, Bakıda "İslamiyyә" mehmanxanasını axtarmaqda hökumәtin fikri nә imiş, yoxsa belә güman, elәyir ki, "İslamiyyә" panislamizm sözündәn çıxıbdır?

* * * * *

Mehmanxana dedim, yadıma Peterburqun "Yevropa" mehmanxanası düşdü. Dünәn teleqraf belә xәbәr gәtirdi ki, orada bir rus әfsәr gürcü knyazları ilә dalaşıb onun qulağını kәsiblәr. Gürcü knyazı da qulaqsız qaldığına görә, haman әfsәrә 2 dәnә patron vurub, öldürübdür.

Osmanlıda Trabzon şәhәrindә dәxi bir әfsәr öz paşasını vurub, güllә ilә öldürübdür.

Belә rәvayәt elәyirlәr ki, haman paşa da rus әfsәri kimi öz osmanlı әfsәrinin qulağını kәsib mәvacibini vermәyirmiş.

Bunların hamısından belә mәlum olur ki, bundan sonra qulaq kәsmәk çox xәtadır.
XS
SM
MD
LG