Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:52

Şikayətçilər Prezident Administrasiyasının qarşısına toplaşıb


Prezident Sarayı
Prezident Sarayı
Aprelin 5-də «Muray» MMC tikinti şirkəti tərəfindən pullarının mənimsənildiyini deyən 50-yə yaxın Bakı sakini yenidən Prezident Administrasiyasının qarşısına toplaşaraq 8 aydır aparılan istintaqın nəticəsiz olmasından şikayətləniblər.

Onları Prezident Administrasiyasının rəsmisi qəbul edib.

Onlara deyiblər ki, aprelin 6-da Daxili İşlər naziri Ramil Usubov da onları qəbul edəcək.

Şikayətçilər isə deyirlər ki, problemləri həll olunmasa, bu dəfə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəklər.

«Muray» şirkətinə qarşı vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi üzrə cinayət işi başlanıb. Tikinti şirkəti Bakıda inşa olunan 414 mənzilli binada bir mənzili 3 və daha artıq adama satıbmış.
XS
SM
MD
LG