Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:07

Polis Əli Kərimlinin evi qarşısında aksiyaya imkan vermədi


Əli Kərimli
Əli Kərimli
Aprelin 7-də AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında partiya sədrini müdafiə aksiyası baş tutmayıb.

Polis aksiyaya imkan verməyib. Gənclərdən üçü – Elturan Rüstəmli, Rüfət NəsibovNihad Nəsimi rayon Polis İdarəsinin 21-ci bölməsinə aparılıblar.

Bu barədə AzadlıqRadiosuna AXCP üzvü Renat Nəcəfov məlumat verib.

İndiyə qədər Əli Kərimlinin yaşadığı binanın qarşısında onun əleyhinə bir neçə dəfə etiraz aksiyası keçirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) internet səhifəsində deyilir ki, həmin aksiyaları YAP Gənclər Təşkilatı təşkil edib. Bu aksiyalar zamanı saxlanan və polis təzyiqinə məruz qalan olmayıb.

DİN TƏKZİB EDİR


Daxili İşlər Nazirliyi aprelin 7-də gənclərin AXCP sədri Əli Kərimlini müdafiə məqsədi ilə onun yaşadığı binanın qarşısında aksiya keçirməsini təkzib edir.

Nazirliyin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, aprelin 7-də «Qış bulvarı» salınacaq ərazidə görülən işlərə bir qrup şəxs mane olmaq istəyib. Bu zaman üç gənc- Elturan Rüstəmli, Rüfət Nəsibov və Nihad Hüseynov hak-küy salaraq diqqəti özlərinə cəlb etmək istəyiblər.

O. Mansurzadə deyir ki, həmin şəxslər Nəsimi rayon 21-ci bölməsinə aparılıblar və bir müddət sonra da sərbəst buraxılıblar.
XS
SM
MD
LG