Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:48

Mirzə Ələkbər Sabir. Səbir















Та gəlirik biz də bir az anlayaq, --

Məhzəri-irfanda vurur tək səbir.

Ya deyirik işləri sahmanlayaq, --

Məclisi-əyanda vurur tək səbir.



İstəyirik bir iş açaq filməsəl,

Söyləşirik bir-iki il laəqəl,

Та deyilir pul verin, aşsın əməl, --

Ölkədə, hər yanda vurur tək səbir.



Yalxı bizi eyləməyib mübtəla:

Səfheyi-Qafqazı tutub bu bəla;

Qaxda, Qazaxda, Şəkidə bərməla,

Şişədə, Şirvanda vurur tək səbir.



Lakin о yerlərdə gedir, durmayır,

Bir elə layiqli kələk qurmayır,

Gəncədə derlərsə vurur, vurmayır,

Oylə ki, Səlyanda vurur tək səbir.



Andıra qalmış nə yaman səslənir!

Söz deməyə vermir aman, səslənir!

Ox atılır, sanki kaman səslənir!

Sahəti-meydanda vurur tək səbir.



Hərzə nə şura və nə məclis bilir,

Nə düşünür yaxşı, nə bir pis bilir,

Qorxmur, utanmır, nə də bir his bilir,

Hücrədə, dükkanda vurur tək səbir.
XS
SM
MD
LG