Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:23

Murad Köhnəqala: "AYO - gənclərin təşkilatı olmalıdır,


Mənbə: "Reytinq" qəzeti

Gənc nəsli təmsil edən şair və yazıçıların bir-birinin ardınca öz kitablarını nəşr etdirməsi ölkədə ədəbi proseslərə marağı artırıb.

Azərbaycanda ədəbi müxalifətin yaranmasında xüsusi rolu olan şair Murad Köhnəqala isə bu prosesin fonunda bir o qədər də fəal görünmür.

Bunun səbəbi nədir? Şair ədəbi proseslərdə niə aktiv iştirak etmir. Bu və digər suallara cavab almaq üçün Murad Köhnəqala ilə söhbətləşdik

Bu günlərdə “Milli Kitab Mükafatı”nın onluğu açıqlandı. Bu siyahıya düşən əsərləri və ümumiyyətlə müsabiqəni necə qiymətləndirirsiniz?

Müsabiqəyə əsər vermədiyim üçün bu barədə maraqlanmıram.Düzü orada iştirak edənlər mənim dostlarımdı. Amma işlərimin çoxluğundan gedişatı izləyə bilmirəm.

Həm də bu mükafat tez-tez qalmaqallarla gündəmə gəlir. Mən bunlardan uzaq durmağa çalışıram.


"AYO-nun orqanı olan “Alatoran” jurnalında Rasim Qaraca demək olar ki, diktatorluq edirdi.

Düzdü Rasim bəyin əziyyətlərini yerə vurmaq da düzgün deyil. Amma jurnalda yayımlanan materiallar haqqında heç vaxt nə mənimlə, nə də digərləri ilə məsləhətləşməzdi.

Biz iki-üç aydan bir görürdük ki, jurnal yayımlanıb, sevinirdik. Amma materiallar həmişə zəif olurdu. Bunu da bir dəfə deyirdim, iki dəfə deyirdim. Mən artıq deməkdən yoruldum və çıxdım".

Ümumillikdə isə “Milli Kitab Mükafatı”na münasibətim normaldı. Qocalmışıq , bizi nəyəsə həvəsləndirmək mümkün deyil. Amma cavanları stimullaşdırmaq üçün çox yaxşı vasitədir.

Məsələn, hər hansı gənc yazar min ya da iki min manat alırsa bu yaxşı haldı.

Əlbəttə, düşünmürəm ki, mənim əsərim bu müsabiqədə birinci yer tuta bilər və ya sevimli yazarlarımdan olan Rafiq Tağının, Nərmin Kamalın, Aqşin Yeniseyin ön sıralara çıxa biləcəyinə inanmıram.

Bir ara mətbuata açıqlama vermişdiniz ki, “Azad Yazarlar Ocağı”na (AYO) qayıtmısınız. Amma bu qurumundakı fəaliyyətiniz nəzərə çarpmır. Nə baş verir?

Almaniyada yaşayan şairəmiz Nuridə Atəşi öz üzərində çalışan, fədakar bir qadındı. Mənim bu xanıma böyük hörmətim var.

Azərbaycana gəlmişdi və biz bir yerdə ayoçularla görüşdük. Nuridə xanım, AYO-ya üzv olmaq istədiyini bildirdi.

Onda dedim ki, əgər o quruma üzv olarsa, mən də AYO-ya qayıdaram.

Aqşin Yeniseyə də bildirdim ki, xəbəri belə yazın:” Nuridə Atəşinə görə qayıtdı”

Amma mətbuatda xəbər başqa cür getmişdi. Buna görə də ayoculuğumu davam etdirmədim. İndi də rəsmən AYO-dan çıxmış hesab olunuram.

Hər insanın bir gənclik dövrü olur. Məncə AYO gənclərin təşkilatı olmalıdır. Rasim Qaraca, Həmid Herişci kimi orada “sallaşıb durmağ”ın bir mənası yoxdur.

Qurum yeni yarananda mən təklif edirdim ki,gəlin sədr olaraq ən gənc üzvümüzü seçək. Hər altı aydan bir də yenidən seçkilər keçirək. İstəmirdim ki, təşkilat uzun müddət bir zövqün diktaturasında fəaliyyət göstərsin.

Fikirləşirdim ki, yazdıqlarımızı dünyaya tanıtmaq üçün tərcümələr etmək vacibdir.

Ancaq gördüm ki, heç kim bunda maraqlı deyil. Elə bir jurnalları var ondan yapışıblar. AYO-nun orqanı olan “Alatoran” jurnalında Rasim Qaraca demək olar ki, diktatorluq edirdi.

Düzdü Rasim bəyin əziyyətlərini yerə vurmaq da düzgün deyil. Amma jurnalda yayımlanan materiallar haqqında heç vaxt nə mənimlə, nə də digərləri ilə məsləhətləşməzdi.

Biz iki-üç aydan bir görürdük ki, jurnal yayımlanıb, sevinirdik. Amma materiallar həmişə zəif olurdu. Bunu da bir dəfə deyirdim, iki dəfə deyirdim. Mən artıq deməkdən yoruldum və çıxdım.

Dünya ədəbiyyatında yeni fikir formalaşıb. “Əgər allah yoxdusa, onu yaratmaq lazımdır”. Dini təndiq edən birisi kimi, necə bir allah yaradardınız?

Onsuz da hərə öz allahını yaradır. Hər insanın daxilində bir tanrı vardır.

Ümumiyyətlə götürsək dünyada bir çox dinlər mövcuddur. İslam dini insanın yaranışını qeyri-müəyyən şəkildə izah edir.

Heç bir elmi əsası olmadan onun palçıqdan əmələ gəlməsi deyilir. Amma məsələn buddizimin müəyyən qolları var ki, onlar, hüceyrənin necə yaranmasını belə izah edir.İslam dini quldarlıq dövrünün dinidir.

Məhəmməd peyğəmbərə filosof kimi baxıram , nəinki müqəddəs biri olaraq. Peyğəmbər savadlı idi , o , hipnozu da, təbabəti də bilirdi.

Həmişə ölkə qurulanda, insanları idarə edə bilmək üçün allahı kosmos kimi qoyurdular. Amma indi bəşəriyyət daha şüurludur və özləri-özlərini idarə edə bilirlər.

Artıq qanunları hansısa səmavi dinlər deyil, insanlar müəyyənləşdirir.

Əvvəlki kimi sivilizasiyanın elə bir mərhələsində deyilik ki, araba sürək. İndi komputer, texnika əsridir. Hər kəs öz səhvini və onun cəzasını bilir.

Daha səmavi dinlərə ehtiyac yoxdur. Odur ki, fikrimcə allah vicdandır. İnsan hər addımında vicdanı ilə hərəkət etməlidir.Zaman keçdikcə vicdan da kamilləşir.

“Azərbaycan Yazıçılar Birliyi”(AYB) barəsində nə düşünürsünüz? Bu qurumda sizi nə qane etmir?

Murad Köhnəqala və Seymur Baycan
Biz AYO-nu yeni yaradanda AYB ilə kəskin mübarizə aparırdıq.

Çünki, bu qurumun qəzeti, jurnalı var idi, dövlət tərəfindən eşidilirdilər və xüsusi imtiyazlara sahib idilər. Ancaq onlar insanlara ədəbiyyat deyil, kanalizasiya suyu axıdırdılar və bundan qıcıqlanırdıq.

Biz əsas “ədəbiyyat generalları”nın iç üzünü açdıq, xalqa, ədəbi ictimaiyyətə göstərdik ki, bunlar “ədəbi lotular”dı. Onlar yalnız qurultaydan-qurultaya işləyirlər. İstədiyimiz bağımsız dövlətin, bağımsız ədəbiyyatını yaratmaq idi.

Fikrimcə, AYB yazıçıların əsərlərini yayımlamaqla deyil, daha çox onların sosial vəziyyətinin yaxşılaşmasına kömək etməlidir.

Çünki, bu qurum hakimiyyətlə yazıçılar arasında bir körpüdür. Evi olmayanı evlə təmin etməlidir, hansısa bir maddi çətinliyi varsa onun həllinə çalışmalıdır.

Bir normal sədr olsaydı biz də gedib quruma üzv olardıq. AYB-də seçkilər də maraqlıdır. Anar müəllim hər il alternativsiz sədr seçilir. Ya da kimsə qurama namizəd göstərilir.

O da seçkilər zamanı namizədliyini geri götürür. AYB-nin üç minə yaxın üzvü var. Onlardan təxmini beş yüzü-qurultay nümayəndələri seçilir. Hansılarkı onsuz da Anara səs verəcəklər.

Hər dəfə deyir ki, “mən artıq bezmişəm, bu dəfə mən seçilməyəcəyəm”.

Qazaxıstanda Nazarbayev deyirdi ki, “mən seçilmək istəmirəm. Məni xalq seçir.”

Anar artıq ədəbiyyatla siyasi oyun aparır. O, yazıçılar birliyində elə bir iz salıb ki, saf , təmiz qalmaq istəyən insanları belə korlayıb. Orada ölçü vahidi yaltaqlıqdır.

Kim daha çox yaltaqlanır onu qabağa çəkirlər. Anar gələcək iyirmi ildə gərək sədr seçilməsin. O, başqanlığı ötürəydi Əkrəm Əylisliyə, Çingiz Abdullayevə.

Onlar da daha gənc yazarlara təhvil verəydilər. Keçmiş “Litfond”un direktoru Arif İbrahimovu AYB-nin sədri kimi görmək istərdim.

Yaradıcılığınızda nə kimi yeniliklər var? Hazırda hansı əsər üzərində işləyirsiniz?

Hələki, köşə yazmaqla məşğulam. Necə ildir ki, yayımlamaq istədiyim şeir kitabı var, onun üstündə işləyirəm.

Bir də nəsr əsəri haqqında fikirləşirəm. Azərbaycanda “roman bum”unun qurtarmağını gözləyirəm.

Qoy, bu proses qurtarsın, mən də romanımı yayımlayım.

Müsahibəni aldı: Rövşən Danyeri
"Reytinq" qəzeti
XS
SM
MD
LG