Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:34

Əfqanıstanda tiryək istehsalı rekord səviyyəyə çatıb


Əfqanıstanda xaş-xaş tarlaları, Kaca rayonu, 21 aprel 2006
Əfqanıstanda xaş-xaş tarlaları, Kaca rayonu, 21 aprel 2006

Əfqanıstanda istehsalın üçdə bir hissəsini narkotiklər təşkil edir ki, bu da öz növbəsində ölkədə korrupsiyanı gücləndirir. Beynəlxalq Narkotiklərə Nəzarət Təşkilatının illik hesabatında belə deyilir.


Vyanada yerləşən qurum Əfqanıstanda narkotiklərə nəzarətlə bağlı vəziyyətin pisləşməsindən ciddi narahatlıq keçirir. Qurum Əfqanıstan prezidentini beynəlxalq ictimaiyyətin, o cümlədən donor ölkələrin yardımıyla tezliklə bu məsələylə məşğul olmağa çağırır.


Hesabatda deyilir ki, ötən il tiryək istehsalının həcmi 50 faiz artıb. Narkotiklərə Nəzarət İdarəsinin sözçüsü Liqin Ju: «2006-cı ildə Əfqanıstanda tiryək istehsalı rekord səviyyəyə çatıb, bu da bizi narahat edir».


Hesabatda deyilir ki, Əfqanıstanda ötən il 6 min yüz ton tiryək istehsal edilib, buna görə da Əfqanıstan dünyada ən çox tiryək istehsalçısı sayılır.


İndi Əfqanıstanın daxilində də narkomaniya yayılıb. Hesabatda deyilir ki, ötən il ölkədə 1 milyona yaxın adam narkotikdən istifadə edib və onların 60 faizi yaşı 15-dən aşağı olan uşaqlardır.


Bundan başqa Əfqanıstanda sintetik narkotik maddələrdən istifadə edənlərin sayı da çoxalıb. Ölkə üzrə dükanlarda bu cür maddələr satılır, bu da narkotiklərə nəzarətin lazımi səviyyədə olmamasıyla bağlıdır.


Belə vəziyyətdən təkcə Əfqanıstan əziyyət çəkmir. Onunla qonşu olan Yaxın Şərq və Orta Asiya ölkələrində də narkomaniya geniş yayılıb.


Məsələn, İranda bir milyondan çox adam tiryəkdən istifadə edir, Qırğızıstan və Qazaxıstanda da vəziyyət ağırdır.


BMT-nin Narkotiklər və Cinayətlər İdarəsinin rəsmisi Ceyms Kallahan deyir ki, Orta Asiya vasitəsilə Rusiya və Avropaya gedən marşrutla Əfqanıstandan qaçaq yolla çıxarılan narkotiklərin təxminən 20 faizi ötürülür: «Orta Asiyada narkomanların sayı artıb, Bununla əlaqədar da HİV-AİDS virus daşıyıcılarının sayı çoxalıb, çünki narkomanlar steril olmayan şpritslərdən istifadə edirlər».


Cənab Kallahan deyir ki, narkotik alverindən böyük miqdarda pul əldə edilir. Rəsmilər isə narkotik alverçilərini cəzalandırmaq əvəzinə narkotik alverindən pul əldə etməyə çalışırlar. Kallahan region hökumətlərini narkotik alveriylə mübarizədə əməkdaşlığa çağırıb.


XS
SM
MD
LG