Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:46

«Elmarın qətlinin istintaqında irəliləyişə nail olunmayıb»


«Cinayətkarların cəzalandırılmaması mütəqil və müxalif mətbuat arasında özünüsenzuraya səbəb olub»
«Cinayətkarların cəzalandırılmaması mütəqil və müxalif mətbuat arasında özünüsenzuraya səbəb olub»

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən iki il keçməsinə baxmayaraq, onun qatilləri hələ də tapılmayıb. Elmar Hüseynov evinin qarşısında güllələnərkən, prezident İlham Əliyev bunu Azərbaycan dövlətinə qarşı təxribat və terror aktı adlandırdı. Bu cür kəskin bəyanatlara baxmayaraq, istintaq hələ də qatilləri həbs etməyib və bu işdə irəliləyişə nail olunmayıb».


Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon belə deyib.


«Turan» İnformasiya Agentliyinin məlumatına görə, cənab Saymonun bəyanatında daha sonra bildirilir ki, cinayətkarların cəzalandırılmaması mütəqil və müxalif mətbuat arasında özünüsenzuraya səbəb olub: «Qətldən bir ay sonra istintaq iki Gürcüstan vətəndaşının cinayətə aidiyyatı olduğunu müəyyənləşdirib, lakin onların günahını sübut edən kifayət qədər dəlil təqdim edilməyib və Gürcüstan hökuməti onları təhvil verməkdən imtina edib. Keçən ilin iyulunda banditizmə görə həbs edilmiş Daxili İşlər Nazirliyinin sabiq yüksək rütbəli zabiti Hacı Məmmədov, Elmar Hüseynovun qətlini təşkil etdiyini etiraf edib. Lakin ölkə ictimaiyyəti bu etirafa şübhə ilə yanaşdı. Bununla belə, hakimiyyət bu etirafın istintaqını sonadək aparmadı».


XS
SM
MD
LG