Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:01

70 yaşlı Ələsgər İsmayılovun ailə üzvləri onunla görüşə bilmir


Ələsgər İsmayılov sentyabrın 22-də həbs olunub və ruhi xəstəliklər dispanserinə yerləşdirilib
Ələsgər İsmayılov sentyabrın 22-də həbs olunub və ruhi xəstəliklər dispanserinə yerləşdirilib

Ötən həftə həbs edilərək ruhi xəstəliklər dispanserinə yerləşdirilmiş AXCP Naxçıvan Muxtar Respublikası təşkilatı Sədərək rayon şöbəsinin fəalı 70 yaşlı Ələsgər İsmayılovun ailə üzvləri onunla görüşə bilmir.


Ələsgər İsmayılovun qızı Nektarə İsmayılova «Azadlıq» radiosuna bildirib ki, həbsindən sonra atası ilə yalnız bir dəfə görüşüb. Sonrakı müraciətlər isə müsbət cavablandırılmayıb.


«Dünən həmin xəstəxananı başqa yerə köçürüblər. Dayım və anam görüşə getsələr də, buna imkan verilməyib».


Ələsgər İsmayılov sentyabrın 22-də həbs olunub və ruhi xəstəliklər dispanserinə yerləşdirilib. İsmayılov siyasi motivlərlə həbs olunduğunu deyir. Belə ki, onun dəfələrlə rayonda korrupsiya və digər özbaşınalıqlarla bağlı Prezident Aparatına və digər orqanlara yazdığı şikayətlərin qarşısını almaq üçün bu cür vasitəyə əl atıblar.


Ələsgər İsmayılov 1995-ci ildə də siyasi motivlərlə həbs olunub və 2000-ci ildə beynəlxalq təşkilatların tələbi ilə siyasi məhbus kimi azad edilib.


XS
SM
MD
LG