Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:27

«Sərhədsiz Reportyorlar» Nəsibovu dərhal azad etməyə çağırır


Təşkilatın bəyanatında deyilir ki, onun həbs olunma şəraiti qanunsuzdu
Təşkilatın bəyanatında deyilir ki, onun həbs olunma şəraiti qanunsuzdu

«Sərhədsiz Reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatı İlqar Nəsibovun həbsini qətiyyətlə pisləyib. Təşkilatın bəyanatında deyilir ki, onun həbs olunma şəraiti - sənəd imzalamaq adıyla çağırılıb sonra həbs edilməsi - qanunsuzdu. «Sərhədsiz Reportyorlar» Nəsibovu dərhal azad etməyə çağırıb.


Təşkilatın Avropa bölməsinin təmsilçisi Mari Burat xatırladıb ki, Azərbaycan dünya sıralamasında söz azadlığının ən pis olduğu ölkələr arasındadı. 169 ölkə arasında 139-cudu. «Azadlıq» radiosunun Naxçıvan müxbiri İlqar Nəsibovun həbsinə gəlincə, Mari Burat deyib: «Naxçıvan elə bir yerdi ki, orda jurnalistlərə qarşı qəddarlıqlar tez-tez baş verir. Orda insan haqlarının heç birinə hörmət qoyulmur, qanunlar işləmir, fikir azadlığı yoxdu».


«Sərhədsiz Reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatının mərkəzi qərargahı Fransada yerləşir.


«Azadlıq» radiosunun müxbiri İlqar Nəsibov dekabrın 6-da Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə üç aylığa həbs olunub.


XS
SM
MD
LG