Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:44

Bakı-Naxçıvan-Bakı aviamarşrutunda güzəştlər tətbiq edilib


Aviamarşrutda güzəştlər verilməsi haqda qərar dekabrın 27-də verilib
Aviamarşrutda güzəştlər verilməsi haqda qərar dekabrın 27-də verilib

Nazirlər Kabineti dekabrın 27-də «Azal» təyyarələri ilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştləri təyin edib. Sənədə əsasən, vətəndaşlığı olmayan şəxslərə güzəşt 55 manat səviyyəsində müəyyən edilib.


I və II qrup əlillərə, 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) bu qərarla müəyyən edilmiş güzəştdən əlavə olaraq, 10 manat məbləğində güzəşt təyin edilib. Vəsaitlərin qalan hissəsini Dövlət konserni özü ödəməlidir.


Maliyyə Nazirliyinə «Azal» şirkəti ilə birgə müavinətin ödənilməsini müəyyən etmək tapşırılıb. TarifŞurası Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçuş tarifini 95 manat həcmində təsdiq edib. Güzəştlər Muxtar Respublikanın blokada şəraitində olması izah edilir.


XS
SM
MD
LG