Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:49

Yaxınları Fərhad Əliyevin indiki həkimlərinə inanmırlar


F. Əliyev fevralın 5-də Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülüb
F. Əliyev fevralın 5-də Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülüb
«Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin müayinəsi ancaq ürəyinin elektrokardioqrammasının çıxarılması ilə məhdudlaşıb və heç bir əlavə müayinə aparılmayıb».

Bunu «Azadlıq» radiosuna Fərhad Əliyevin vəkili İsaxan Aşurov deyib.


Vəkilin dediyinə görə, hazırda müalicə müəssisəsində olan keçmiş nazirin yaxınları onu etibar etdikləri həkimin müayinə etməsini istəyirlər. Onların fikrincə, indi aparılan müayinələr sadəcə, «gözdən pərdə asmaq» üçündür.


Yaxınları inandıqları həkimin keçmiş naziri müayinə etməsinə kömək üçün Penitensiar Xidmətə, o cümlədən 15 səlahiyyətli dövlət orqanına teleqramla müraciət ediblər.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbəri Mehman Sadıqov isə deyir ki, F. Əliyev həkimlərin tam nəzarəti altındadır: «Onun müayinəsi ardıcıl həyata keçiriləcək və sonda yekdil diaqnoz veriləcək».


Korrupsiya və başqa ağır iqtisadi cinayətlərdə ittiham olunan keçmiş İqtisadi İnkişaf naziri keçən il 10 il müddətinə azadlıqdan məhrum edilib.


Ürəyində ağrılardan şikayət edən F. Əliyev fevralın 5-də Ədliyyə Nazirliyinin Böyük Şor qəsəbəsindəki müalicə müəssisəsinə köçürülüb.


XS
SM
MD
LG