Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:57

Hacı Məmmədov yağlı boya ilə qətl şəkilləri çəkir


Hacı Məmmədov öz həyatından bəhs edən kitab da yazır
Hacı Məmmədov öz həyatından bəhs edən kitab da yazır
İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov aprelin 18-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitorinq keçirib. O, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisi Hacı Məmmədov və «AzAL» Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin keçmiş rəisi Emil Süleymanovla görüşüb, onların saxlanma şəraiti ilə maraqlanıb.

Komitə rəhbəri deyib ki, məhbuslardan heç biri saxlanma şəraitindən şikayət etməyib. Amma dövlət əmlakını mənimsəməkdə günahlandırılmış Fərhad Əliyev ondan bəzi xahişlər edib:


«Bir müddət əvvəl Fərhad Əliyevi tibbi müayinədən keçiriblər. Sabiq nazir müayinənin nəticələriylə bağlı sənədlərin ona təqdim edilməsini istəyir. Bundan başqa o, həbsdə olan qardaşı – «Azpetrol» şirkətinin sabiq rəhbəri Rafiq Əliyevlə görüşmək istəyir. Mən onun qardaşıyla görüşmək istəyini təcridxana rəhbərliyinə çatdırdım, onların mənə cavabı o oldu ki, bu məsələdə bir problem görmürlər. Amma o biri xahişlə bağlı dedilər ki, məhbusun işi məhkəmədədir, həmin sənədlərin surətini ancaq məhkəmə verə bilər».


Çoxsaylı adam oğurluğunda və qətllərdə günahkar bilinmiş Hacı Məmmədov isə arabir qan təzyiqinin artmasından şikayətlənib. O, eyni zamanda Elçin Behbudova və onunla birlikdə monitorinq aparan müavininə özünün həbsxanada yağlı boya ilə çəkdiyi şəkillər bağışlayıb, özü də avtoqrafla.


- Mənə verilən şəkil gözündə eynək olan şlyapalı, qara kostyumlu kişi şəklidir, müavinimə bağışlanan şəkil isə əlində qızılgül olan qadın rəsmidir. Amma onunla bir müddət əvvəl görüşəndə, mənə bir şəkil də bağışlamışdı. Lakin şəkildə bəzi məsələlər var idi ki, onu mənə açmadı, dedi «Elçin, bu, bir sirdir, mənim sirrimdir».


- Şəkildə gizli şifrə var idi?


- Yox (gülür). Heç bir şifrə yoxdur, şifrə olsaydı, heç o şəkilləri mənə MTN-dən çıxarmağa qoymazdılar. Şəkildə arxada Londonun məşhur qülləsidir, səhv etmirəmsə, saat 12-ni göstərir. Bir kişi şəklidir, gözündə eynək, əlində tapança var, bir nəfər də yerə yıxılıb.


Elçin Behbudov deyir ki, Hacı Məmmədovun bildirdiyinə görə, indi o, öz həyatından bəhs edən kitab da yazır və ilin sonuna qədər onu tamamlayacaq.


XS
SM
MD
LG