Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:45

Məhəmməd Hadi. Birinci Q[osudarstvennaya] Dumanın iniqadı münasibətilə söylənmişdir


Olub әfradi-millәtdәn bu gün tәşkil bir mәclis,

Nә dadlı meyvәpәrvәrdir görün bustani-hürriyyәt,

Tәlәb qılmaqda hәr bir üzv ümumin ehtiyacatın,

Qurulmuş paytәxt içrә bu gün divani-hürriyyәt.

Vücudә gәlmәk üçün mәdәlәt, hәqqin, müsavatın

Gәrәk әvvәlcә olsun әn geniş meydani-hürriyyәt.

Әdalәt zahir olmaz lәmәpaş olmazsa afaqә,

Zühuri-әdlә lazımdır xuri-tabani-hürriyyәt.

Hüquq isbatinә lazımdır olsun fikrlәr azad--

Ki, hasil eylәsin vicdanlar itminani-hürriyyәt.

Gәdanın baydәn, bayın gәdadәn olmasın fәrqi,

Hamı övladi-insandır deyir hәr an hürriyyәt.

Kimi tәxti-sәadәtdә, kimi qalsın sәfalәtdә,

Buna razı deyildir, şübhәsiz, vicdani-hürriyyәt.

Buna qarşı cahan olsa cәbinsayi-übudiyyәt,

Deyil cayi-tәәccüb, ey olan heyrani-hürriyyәt.

Çalışmaqlıq gәrәk hәr kәs bu yolda qәdrü sәyincә,

Edәr kәsbi-mәtanәt sәy ilә bünyani-hürriyyәt.

Vәtәn övladı qәmpәrvәr, vәtәn viranәzar olmuş,

Xәrababad bir mülkü edәr imran hürriyyәt.

Bu әdvari-maarifdә bütün millәtdәn әfzuntәr--

Gәrәk biz millәti-islam olaq cuyani-hürriyyәt.

Neçin kim, binәsibiz biz hüquqi-adәmiyyәtdәn,

Hәqi-mәşruimizçin olmalı qurbani-hürriyyәt.

Bu ol әsri-tәmәddündür әsasü rükni hәqqiyyәt:

Müsavat, әdalәt, bir dәxi ünvani-hürriyyәt.

Basıldı lәşkәri-bidad, mәqhur oldu istibdad,

Livayi-nüsrәtin dikdi bu gün sultani-hürriyyәt.

Bәşarәt, әyyühәl-ixvan, tiği-әdlpәrvәrlә--

Edib pakizә şәhrin zülmdәn xaqani-hürriyyәt.

Kimi hürri-әmir olsun, kimi әbdi-әsir olsun--

Bunu cayiz görәr zәnn eylәmәm divani-hürriyyәt.

Ucaldıb rayәti-әdli, de ayati-müsavati,

Elә eyvani-zülmü xak ilә yeksan, hürriyyәt!

Bizә sәndәn yetәr imdad, sәnsәn rәhbәri-irşad,

Sәnә hәr dәmdә vacibdir qılaq şükran, hürriyyәt.

Bü rahi-pürxәtәrdә ey bәsa әhrari-qәmpәrvәr--

Edib ibrazi-qeyrәtlә özün qurbani-hürriyyәt.

Hәqiqәt hürr olanlar sәy edәr nәfi-rәayayә,

Keçib әn sevgili candan verәrlәr can, hürriyyәt.
XS
SM
MD
LG